SEHABELER ----------------- İlk müselmanlardan olan eshabe Ebu Zerr, Beni Ğifar qebilesine mensub olub, doğum tarixi deqiq bilinmir. H. 31 (M.651/652) ilinde Mekke ile Medine arasında bir yer olan er-Rebezede vefat etmişdir. Ebu Zerr (r.a) in ve atasının adı baresinde qaynaqlarda çeşidli isimler zikr edilmekdedir. Bezi eserlerde adının Cündüb b.Cenade b. Seken, bezi eserlerde Seken b.Cenade b.Kavs b.Bevaz b.Ömer olaraq zikr edilir. Bezilerinde Cündüb b. Cenade b.Kays b.Beyaz b. Amr olaraq yazılır. Bu sonuncusunun daha doğru olması ehtimalı var. Beleki anasının künyesi Ümmü Cündübdür. (İbnul-esir, Üsdul-Ğabe,VI,99-101) Cündüb b. Cenadenin künyesi Ebu Zerdir. İslam tarixinde adından elave bu adla xatırlanır. Leqebi ise Mesihul-İslamdır. Bu leqebi ona Peyğember (s.a.s) vermişdir. Ebu Zer el-Qiffarinin qebilesi ve ailesi cahiliyye dövründe yol kesmek, karvanları soymaqla meşhur idiler. Ebu Zer cesareti ve şücaeti ile o qeder böyük bir şöhret tapmışdı ki, adını eşiden qorxuya düşürdü. Genc yaşdakı Ebu Zer bir gün, birden bire deyişerek emellerinden el çekib heniflerden oldu. İslamın hele zühur etmediyi bir zamanda Allah yolunu tutdu. Bele ki, etrafındakılara; “Allahdan başqasına ibadet edilmez. Bütlere ibadet etmeyin, onlardan heç bir şey istemeyin!” demeye başladı. Belece haqq yolunu tapmış ve lebbeyk demişdir. Ebu Zer (r.a) İslam daha duyulmadan haqqın devetine cavab veren ve ruhen iman eden böyük eshabelerden biridir. Ebu Zer (r.a) İslam ile şereflenmesi bele revayet olunur; Bir gün Ğıfaroğulları qebilesine mensub olan bir kişi, Mekkeden öz qebilesine dönerken Ebu Zerin yanına getdi ve Mekkede bir şexsin zühur edib, peyğember olduğunu iddia ederek insanları yeni bir dine devet etdiyini ve Cenabı Haqqın tekliyi haqqında xalqı maariflendirdiyini xeber verdi. Qebile yoldaşının verdiyi melumatları diqqetle dinleyen Ebu Zer (r.a) qarşısındakının sözleri bitdikden sonra: “Cenabı Haqqa and olsun ki, bu şexs yaxşı emelleri öyrenmeli ve pisliklerden çekinmeleri üçün xalqa nesihetler etmekdedir” dedi. Bu hadiseden bir müddet sonra Ebu Zer Mekkeye getdi. Bu aralarda Peyğember (s.a.s) veziyyeti ağır olduğundan eshabeleri onu qoruyur ve yerini heç kime demirdiler. Ebu Zer Peyğemberi kimden soruşdusa heç kimden bir xeber ala bilmedi. Çaresiz Kebeye getdi. Zem -Zem suyundan içerek bir az rahatladı. Tekrar Peyğemberi (s.a.s)-i axtarmağa başladı. Yene kimseden bir xeber ala bilmedi. Nehayet onun xeberi Resulullaha çatdırıldı. Sonra onun zerersiz bir kimse olduğu araşdırılınca Eli (r.a) vasitesi ile Peyğemberin yanına aparıldı. Resulullah (s.a.s) ile qısa söhbetinden sonra kelimeyi-şehadet getirerek İslamı qebul etdi. Artıq o günden etibaren bütün güc-qüvveti, elmi ile İslamı yaymağa ve öyretmeye başladı. Ebu Zer qardaşı Uneysin İslama girmesine sebeb oldu. Qebilesinde de İslama devet fealiyyetlerine girişdi ve bir çoxları da haqqı qebul etdi. Peyğember (s.a.s) Medineye Hicretinden sonra meydana gelen Bedir, Uhud, Xendek ve diger döyüşlerde iştirak etmişdir. Mekke fethi erefesinde öz qebilesinin bayraqdarı olmuşdur. Ebu Zer (r.a) tebieten feqir, zahid bir insan idi. Dünyaya heç deyer vermezdi. Bundan dolayı Peyğember (s.a.s.) ona Mesihul-İslam demişdir. Hele Ebu Bekir (r.a) da vefat edince Ebu Zer (r.a) tamamen özüne qapıldı. Üreyindeki acılar çekilmez oldu. Medineden ayrılıb Şama geldi. Osman (r.a) dövründe feth hereketleri olduqca genişlenmiş ve bu üzden de feth edilen bölgelerin adetleri İslama tesir etmeye başlamışdı. Bunun neticesi olaraq emirler, sadelikden ayrılaraq dünyevi bir heyata alude olmuşdular. Ebu Bekir, Ömer (r.a) dövrünün sadelikleri unudulmuşdu. Bu sadeliyi unutmayanlardan biri de Ebu Zer el-Ğifari idi. O, sade yaşayışına davam edirdi. Mal ve servet yığmırdı. Debdebeli bir heyat terzi keçirenleri xeberdarlıq edir, bu veziyyetlerinin onlara pislikden başqa bir şey vermeyeceyini, bir gün bunlara göre hesaba çekileceklerini söyleyirdi. Tez-tez delil olaraq ; “Qızıl ve gümüş yığıb, Allah yolunda serf etmeyenlere ezabı müjdele” bu ayeni oxuyardı. Müaviye ve emirlerinin heyat terzlerini tenqid edirdi. Bu sebebe göre de Şamda fesad çıxardığı iddiası ile Ebu Zer (r.a) dan Osmana (r.a) şikayet edildi. Osman Ebu Zeri Medineye çağırdı. Medineye geldikden sonra Osmana (r.a) dedi: Menim dünya malına ehtiyacım yoxdur. Ebu Zerin Medineye gelişi camaata çox böyük tesir gösterdi. Feqet Ebu Zer Medinede çox qalmayaraq, Mekke yaxınlığında yerleşen Rebezeye gederek oraya yerleşdi. Osman (r.a) ona bir neçe dene qoyun, bir deve verdi ki, dolana bilsin. Medinede asiler Osman (r.a) eleyhine fealiyyetlere başladıqları zaman Ebu Zeri bu işe qarışdırmaq istedilerse de bir kenara çekilib asilere bu fürseti vermedi. Ebu Zer Rebezede çox sıxıntılı günler keçirdi. Evi dağılmış, paltarı cırılmışdı. Ailesi paltardan behs etdikce, o mene paltar deyil, kefen lazımdır deyirdi. Nehayet xestelendi. Öleceyini anlayan yoldaşı onun kefeninin olmadığını söyleyerek ne edeceyini ve onu nece defn edeceyini hem düşünür, hem de Ebu Zere düşüncesini açıqlayırdı. O ise yatdığı yatağından bir az qalxıb zövcesine üzülmemeyini, Mekke terefinden bir qafile (karvan) gelmedikce ölmeyeceyini, bir gencin ona kefen getireceyini bildirmişdir. Nehayet H.31 (M.651-652) ilinde bir gün üfüqde bir karvan görsendi. Karvan geldikden sonra Ebu Zer vefat etdi. Ensardan bir genc gelib onu kefenledi ve cenaze namazını qıldıraraq Rebezede defn etdi. (Hayreddin Zirikli el-Alem, II, 140) Uzun boylu, enli kürek, ağ saçları ile Ebu Zer bir abid kimi idi. Vefatında geriye xarab bir ev, üç qoyun ve bir neçe keçiden başqa bir şey qoymadı. Ebu Zer eshabe terefinden “elm deryası” sifeti ile vesf edilmişdir. Çünki melumat toplamaq üçün Peyğember (s.a.s)-e tez-tez suallar vererdi. İman, emir, nehy, yaxşılıq ve pislik haqqında ne varsa hamısını Resulullahdan (s.a.s) soruşaraq öyrenmişdir. Her hereket ve işinde Peyğembere (s.a.s) tabe olduğunu gösterirdi. Çox qenaetcil olub, besit ve sade yaşayırdı. Abid, zahid idi. Haqqı söylemekden qorxmaz ve ve çekinmezdi. Ebu Musa el-Eşarini ise yaşayışından dolayı çox severdi ve ona, “Sen menim qardaşımsan” deyirdi. Ebu Zer (r.a) haqq sever bir eshabe idi. Ümmet arasında meydana gelen fitne ve fesadlara qarışmaqdan son derece çekinerdi. Osman (r.a) ve Müaviyeye müxalif olaraq tanınardı. Feqet bütün bunlara baxmayaraq onlara qarşı müxalif olmadı. Ebu Zer çox az sayda fitva vermişdi. Bu xüsusda çox diqqetli idi. Ancaq haqlı bir meselede xelifeye qarşı gelmekden çekinmezdi. Ebu Zerin oğlu sağlığında ölmüşdü. Geride yalnız bir zövcesi ve bir qızı qalmışdı. (M.Asım Göksal, İslam Tarixi, Mekke dövrü s.177-180) ----------- Zubeyr b. El-Evvam b.Huveylid b. Esed b. Abdul-Uzza b.Kusay b. Kilab b. Mürre b. Kab b.Lüeyy el-Quraşi el-Esedi. Peyğember (s.a.s) dostu ve kömekçisi, eyni zamanda Safiyye binti Ebdülmüttalibin oğludur. Cennetle müjdelenen on sehabeden biridir. Ömer (r.a) vefatından sonra, xelife seçimini gerçekleşdiren Eshabuş-şura üzvlerinden biri. Anası onu Ebu Tahir deye çağırırdı. Feqet Zubeyr (r.a) özünü oğlu Abdullahın adı ile adlandırmış ve bu künye ile tanınmışdır. (Buxari, Fedailu Ashabin-Nebi,13, İbn Abdil-Berr, El-İstiab fi Marifetil-Eshab, II, 510) Zubeyr Ebu Bekrin İslamı qebul etmesinden qısa bir müddet sonra müselman olmuşdur. İlk müselmanların dördüncüsü ve ya beşincisidir. Ancaq ne doğum tarixi, ne de neçe yaşında olduqda İslamı qebul etmesi melum deyil. Müxtelif qaynaqlar onun müselman olduğu zaman 8-16 yaş arasında olduğunu söylese de bu fikir o qeder de deqiq deyil. Bezi qaynaqlarda ise Zubeyr (r.a) ın Eli (r.a) , Talha ve Sad b. Ebi Veqqas ile eyni ilde doğulduğu ifade edilir. (İbn Kuteybe, el-Marif, 96, İbnul-Esir, Üsdül-Ğabe fi Maifeti –Sehabe, II, 250) Zubeyrin atası vefat edince emisi Nevfel onun velayetini öz üzerine götürmüşdü. Kiçik yaşda yetim qalan Zubeyri anası çox döyerdi. Emisi ise onu hemişe müdafie ederdi. Ancaq Zubeyr böyüyüb müselman olduqdan sonra, ona qarşı olan mehebbeti nifrete çevrildi. Bele ki onun İslamdan dönmesi üçün bir hesire bağlayaraq asır ve onu tüstü ile ona işgence verirdi. (el-Esqalani, el-İsabe fi Temyizis Sehabe, III, 101) Zubeyr 615-ci ilde Mekkeli müselmanlarla Hebeşistana hicret etmişdir. Medineye hicretden sonra mühacirlerle ensar qardaş elan edildiyi zaman, Zubeyr ile Seleme b.Seleme b.Veqş qardaş elan edilmişdir. (İbn Abdil Berr, el-İstiab fi Marifetil-Ashab, III,102) Bedr günü müselmanların bir neçe atı var idi. Bunlardan biri de Zubeyrin Yasub adlı atı idi. Zubeyr o gün bir çox müşrik öldürmüşdür ki, bulardan da biri “Qureyşin aslanı” emisi Nevfel idi. (İbn Hişam a.ç.e, I, 666) Yermuk savaşı gününde Peyğemberin eshabeleri Zubeyre xitaben demişdiler: “Ey Zubeyr! Romalılara şiddetli bir zerbe vur ki, bizde seninle bir yerde hücum edek. Zubeyr (r.a) romalılar üzerine şiddetli hücuma keçdi ve bu döyüşde Zubeyr küreyinden iki zerbe aldı. Bundan önce de Bedir döyüşünde küreyinden derin bir yara almışdı. Bu barede oğlu Urve demişdir: “Men uşaq olarken bu zerbenin yerine barmaqlarımı salar, oynayardım demişdir. (Buxari, Fedailu-Eshabin-Nebi, 13) Zubeyr Misir fethinde de önemli bir rol oynamışdır. Bele ki Ömer (r.a 642-ci ilde Misirin Babil qalasını mühasireye alan Emr İbnul-Asa kömek üçün on min neferlik bir qüvve ile göndermişdir. Misirin o zamankı hökumeti merkezi olan Heliopolis de Zubeyr (r.a) terefinden alınmışdır. (İbnul-Esir, el-Kamil, İstanbul 1985, II, 515, İslam Ensklopediyası, XIII, 635) Osman (r.a) şehid edilmesinden sonra, eshabın böyük bir hissesi Eli (r.a) beyet etmişdiler. Zubeyr ve Talhada beyet edenler arasında idiler. Bezi revayetlere göre onlar istemeyerek beyet etmişdiler. Revayet edildiyine göre Zubeyr ile Talha beyet işi bitdikden sonra Eli (r.a) yanına gelerek sene niye beyet etdiyimizi bilirsen? Eli (r.a) Ebu Bekire, Ömere ve Osmana neye göre beyet etdinizse mene de ona göre beyet etmisiniz. Onlar ise: Xeyr biz sene bizimle işde ortaq olasan deye beyet etdik. Eli (r.a) onların isteklerini redd etdi. Onlar da camaata onun haqqında xoşa gelmeyen sözler söylediler. Bu dedi-qoduları duyan Eli (r.a) Abdullah bin Mesudu çağırtdıraraq onun bu barede fikrini soruşdu. Abdullah: Görürem ki valilik isteyirler.Sende Zubeyre Besre valiliyini, Talhaya ise Kufe valiliyini ver deyerek Eli (r.a) tövsiyye etdi. Zubeyr ve Talha Eli (r.a)-ın yanına gelerek Ümre etmek üçün Mekkeye getmelerine izin istediler. Eli (r.a) onların esl meqsedlerini bildikleri halda onlara izin verir. (İbn Quteybe el-imameti ves-siyase, 51) Bundan sonra ise Zubeyr, Talha ve Ayişe (r.a) Siffin savaşında Eli (r.a) qarşı mübarize apardığını görürük. Eli (r.a) onlar ile döyüşmek istemediyinden barışıq yolu axtarırdı. Zubeyrle qarşılaşınca ona: Ey Abdullahın atası seni buraya getiren nedir? deye soruşdu. Zubeyr Osmanın qanını istemeye geldim dedi. Eli (r.a): Osmanın qatilini mi isteyirsen? Allah Osmanı öldürenin cezasını versin. Ey Zubeyr Resulullahın sene: Sen haqqsız olduğun halda Eli ile savaşacaqsan dediyini xatırlayırmısan deyince, Zubeyr; Allah şahidimdir ki bu doğrudur dedi. Eli (r.a); o halda menimle niye döyüşürsen? deye soruşduqda Zubeyr vallahi men bunu unutmuşam, feqet xatırlasaydım sene qarşı çıxmazdım, seninle savaşmazdım, dedi. (İbn Quteybe a.ç.e, 68) Bu söhbetden sonra Zubeyr savaşdan geri çekildi. Medine yolunda Temim qebilesine aid bir yere çatdığında orada olan Amr b. Cürümüz onu teqib etmeye başladı. Vadis-Siba deyilen yerde ona çataraq Zubeyri şehid etdi. (h.36) (ibn Quteybe a.ç.e, 69) Şehid olunduğu zaman texminen 66-70 arasında idi. (İbn Hişam, 1, 251) Zubeyr şehid edildiyi zaman miras olaraq geriye bir çox var-dövlet qoymuşdur. Mirası texminen elli iki milyona yaxın idi. Zubeyr revayetlere göre uzun boylu, ağbeniz seyrek saqqallı idi. (İbn Sad a.ç.e, III, 107) Eshabelerden en çox fetva verenler yeddi neferdir. Bunlar Ömer, Eli, İbn Mesud, İbn Ömer, İbn Abbas, Zeyd b. Sabit ve Ayişedir. Bunlardan sonra ikinci derecede yer alan iyirmi eshabeden biri de Zubeyr (r.a) idi. Zubeyrin iyirmi uşağı var idi. Abdullah, Urve, Münzir, Asim, Muhacir,Ümmül-Hasan ve Ayşe xanımı Esma bint Ebu Bekirden, Xalid, Emr, Hebibe, Sevda ve Hind adlı uşaqları Ümmü Xalid adındakı xanımından dünyaya gelmişdir. --------- Ebu Eyyub el-Ensari Medineli müselmanlardan ve hicret esnasında Peyğemberi (s.a.s) evinde qonaq eden sehabedir. Ebu Eyyub Xalid b. Zeyd el-ensari en-Neccari (r.a) Ensarın Hezrec qebilesinin Neccaroğulları qoluna mensub olan, anası Zehra binti Saddır. Ebdülmüttelibin validesi terefinden Resulullahla qohum olan Ebu Eyyub, ikinci Eqebe beyetinde Peyğembere (s.a.s) iman etmişdir. (İbn İshaq, İbn Hişam, es-Sire, II, 100; İbn Sad, et-Tabaqat III, 484) Medine müselmanlar üçün güvenilen bir yer olduqdan sonra Mekkede Resulullah (s.a.s) ile bir neçe müselman qalmışdı. Resulullah (s.a.s) de hicret seferine çıxınca bunu xeber alan Ebu Eyyub her gün Medineye yaxın Hire adı verilen yerde onun yolunu gözleyirdi. Nehayet Resulullahı görününce bütün Neccarlıları toplayaraq Peyğember (s.a.s) qarşıladı. Bütün müselmanlar Resulullahı evlerine qonaq etmek isteyirdiler. Buna göre de Peyğember devesini serbest buraxdı. Kusva adlı bu deve Ebu Eyyubun evinin önünde çökdü ve bundan sonra da Resulullah orada yaşamağa başladı. Resulullah Ensar ile Mühacirler arasında qardaşlıq hadisesinde Ebu Eyyubu qardaş olaraq Musab b.Umeyri seçmişdir. Ebu Eyyubun evinde 7 ay qalan Resulullaha Medinede ev sahibliyi eden Ebu Eyyub, Bedir, Uhud, Xendek ve diger bütün döyüşlerde Resulullahın yanında diger döyüşlere qatılmışdır. (İbn Sad, et Tabaqat, 485; Hakim, el –Müsterak, III, 458; ez-Zehebi, Alamun-Nübela, 290) Resulullahın vefatından sonra da bütün döyüşlerde yer almışdır. Eli (r.a) xilafeti zamanında onunla birlikde xaricilere qarşı savaşmışdır. Eli (r.a) Medinedeki nümayendesi olan Ebu Eyyubun Xalid ve Mehemmed adlı iki oğlu, Ümre adında bir qızı var idi. Resulullah (s.a.s) İstanbulun fethini eshabelerine demişdir; İstanbul elbette feth olunacaqdır; onu feth eden esger ne gözel esgerdir. (Ehmed B.Henbel, Müsned, IV,335) deye müjdelemişdir. Hicri 52-ci ilinde Müaviye oğlu Yezid komandasındakı müselmanlar İstanbulu mühasireye aldılar. İslam eqidesinin dünyanın dörd bir yanına yayılmasını ve İstanbulun İslam dövletinin serhedlerine daxil olmasını şiddetle arzulayırdılar. Ebu Eyyub el-Ensari bu seferin hazırlanması üçün çox çalışmış ve sefere qarşı çıxanlara öyüd-nesihet vermişdi. Uzun sefer eden Ebu Eyyub el-Ensari yaşının çox olmasına göre İstanbula yaxınlaşdıqları zaman orada xestelenmiş, Yezide öldüyü zaman onu ordunun en ireli gede bileceyi yerde basdırılmasını vesiyyet etmişdir. İstanbul eshabeler terefinden bir neçe defe mühasireye alınmış, nehayet bu şeheri feth etmek 1453-cü ilde Fateh Sultan Mehmede nesib olmuşdur. Şexsiyyeti, exlaqı ve fezileti: Ebu Eyyubun fezilet ve ağıl etibarı ile yüksek bir meqamı var idi. Resulullahın (s.a.s) elminden öyrenmiş bir eshabe olaraq, onun sünnetine çox önem verir, bir yanlışlıq gördüyünde düzünü başa salır, sünnetin tetbiq olunmasına çalışırdı. İslam ordusu İstanbulu mühasireye aldığında xestelenen Ebu Eyyub, o halı ile bele Allah resulundan bu hedisi neql etmişdir: Konstantinopol qala divarlarının dibine saleh bir insan defn edilecekdir. İsterdim ki o insan men olum. (İbn Abd Rabbih el-İkdul Ferid, II,113) Ordu komandanı Yezid Ebu Eyyubun tabutunu esgerlerin ortasına qoymuş, esgerlerde döyüşlerde bu tabutu qoruyaraq irelilemişdiler. İstanbul qala divarlarını qoruyan Bizans komandanı bu qeribe halı görünce, bu nedir deye soruşmuş, Yezid de, Bu bizim peyğemberimizin eshabesidir. Bize senin ölkende basdırılmasını vesiyyet etdi. Bizde onun isteyini yerine yetireceyik. Bizans komandanı dedi: Sen ne ağılsız adamsan. Sen dönüb getdikden sonra biz onu köpeklere yem edeceyik. Yezid: Eger onun qebrini açdığınızı ve ya cesedine bir şey etdiyinizi eşitsem, men de bütün Suriyada sağ bir xristian, yandırılmamış kilse qoymaram. Bunu eşiden komandan bele demişdir: Men onun qebrini elimden gelen qeder qoruyacağıma İsa Mesih haqqı söz verirem. Ebu Eyyub el-Ensari Xeyber savaşından dönerken Resulullahın çadırının yanında bütün geceni növbe tutmuşdur. Peyğember (s.a.s) onun üçün “Allahım meni qoruyaraq gecelediyi kimi, Sen de Eyyubu qoru” deye dua etmişdir. (İbn İshaq, İbn Hişam el-Sira, III 354-355) Hebib b. Ebi Sabitin neql etdiyine göre: Ebu Eyyub el-Ensari Müaviyenin yanına gelib ondan bir az borc istedi. Müaviye ona kömek etmedi. Ebu Eyyub Müaviyeye dedi: “Resulullahın Menden sonra iş başındakıların tekebbürlük etdiyini göreceksiniz” dediyini eşitdim. Müaviye dedi: Resulullah (s.a.s) bunu söyleyerken başqa şey de söyledimi size? Ebu Eyyub: sebir etmeyi tövsiye etdi, dedi. O halda sizde sebir edin deyince Ebu Eyyub ona, Vallahi bundan sonra senden heç bir isteyim olmayacaq deyerek kömek üçün İbn Abbasa müraciet etmiş o da ona iyirmi min dirhem vermişdir. (Kenzul-Ummal, VII, 95) Ebu Eyyub Peyğemberden (s.a.s) bunları revayet etmişdir: Müselmanın qardaşı üzerinde yerine yetirmesi lazım olan altı haqqı vardır. Bunlardan birini etmediyi zaman, altı haqdan birini yerine yetirmemiş olur: 1. Ona rast geldiyinde salam vermesi, 2. Onu yemeye çağırdığı zaman devetine cavab vermesi, 3. Sebir getirdiyi zaman ona dua etmesi, 4.Xestelendiyi zaman onu ziyaret etmesi, 4. Öldüyü zaman cenazesinde iştirak etmesi, 6. Ondan nesihet ve yol göstermesini istediyi zaman ona yol göstermesi. (Buxari el-Edeb, 134) --------- Xalid bin Velid Peyğember (s.a.s) haqqında “Ne Gözel Qul” deye buyurduğu sehabedir. Nesebi Xalid b. Velid b. Muğire b. Abdullah b. Amr b. Mahzum. Anasının adı Lübabe idi. Meymunenin yaxın qohumudur. Xalidin leqebi Seyfullah (Allahın qılıncıdır). Peyğember (s.a.s) Mute savaşındakı uğurundan sonra onu Allahın qılıncı deye terif etmişdi. Künyesi Ebu Süleymandır. Hicretin 7-ci ilinde müselman olmuşdur. ( ibn Hecer, el-İsabe, 1,413) Xalidin doğum tarixi deqiq bilinmir. Mekkenin şerefli ve etibarlı ailelerinden biri olan Mahzum oğullarındandır. Ordu başçılığı Xalidin ailesinin bir imtiyazı idi. Uhud savaşında ve Hüdeybiyye sülhü esnasında Xalid b. Velid Qureyş ordusunun başçılarından biri idi. Hudeybiyye anlaşmasından sonra Peyğember (s.a.s) Umre üçün Mekkeye getdikde Xalidin daha önce müselman olan qardaşı Velidden Xalidi soruşdu. Peyğember (s.a.s) Xalid kimi bir insanın müşriklerin içinde qalmasının teeccüb edilecek bir veziyyet olduğunu bildirdi. Velid qardaşı Xalide Peyğember (s.a.s) in bu iltifatını bildiren bir mektub gönderdi. Buna göre Xalid (r.a) müselman olmaq üçün Mekkeden yola çıxınca, yolda Amr b. el As ile qarşılaşdı ve bir yerde Mekkeden Medineye gelib müselman oldular. (Ehmed b. Henbel Müsned IV, 158) Xalid hicri sekkizinci ilinde Mute savaşına bir nefer olaraq tek qatılmışdır. Ordu başçılarının bir-bir şehid düşmesi ile eshabeler razılığa gelib ordu başçılığını Xalide vermişdiler. Peyğember (s.a.s) Medinede olub bitenleri xeber verib başçıların şehid olmasını dedikden sonra komandanlığı Allahın qılınclarından birinin aldığını söylemişdir. Xalid Mekke fethinde süvarilerin komandanı idi. Ordunun sağ qanadına nezaret edirdi. (Müslim Sehih , II, 103) Mekke fethinde müselmanlara qarşı çıxan kiçik qruplarla Xalid döyüşmüşdür. Huneyn savaşında Xalid böyük cesaret göstermişdir. Hetta bu savaşda yaralanınca Peyğember (s.a.s) onun ziyaretine geldi, dua etdi. Xalid (r.a) şefa tapdı. (İsdül-Ğabe, II, 103) Mekke fethinden sonra Peyğember (s.a.s) Nehledeki Uzza bütünü qırmağa Xalid b. Velidi gönderdi. Xalid Uzza bütünü qırıb geri qayıtdı. Taif mühasiresinde işturak etdi. Peyğember (s.a.s) Demetül Cemelin xristian emiri Ukaydır üzerine Xalid b. Velidi gönderdi. Xalid Ukaydırı ovda iken esir götürdü, teslim olmayan qardaşını öldürdü. Diger qardaşı ve Ukaydırı esir alaraq qenimetlerle birlikde Peyğembere getirdi. Hicri onuncu ilinde Necrana Hariseoğullarını İslama devet etmek üçün gönderildi. Onları üç gün müddetinde İslama devet etdi. Necranlılar müselman oldular. Ebu Bekr xelife olunca Xalidi komandan olaraq yalançı peyğemberlerin üzerine gönderdi. Müseylemetül Kezzaba qarşı sefere çıxdı ve onu Yemame serheddinde Akraba deyilen yerde meğlub ederek öldürdü. Yalançı peyğemberlerle olan mübarizesinden sonra zekat vermeyen qebileler üzerine gönderildi. Daha sonra hicri on ikinci ilinde İraqa İranlılara qarşı gönderildi. İki ay erzinde İran Sasani ordularını mehv ederek Hireyi zebt etdi ve Ferat çevresini hakimiyyeti altına aldı. Suriya serhedinde Bizanslıların ordu hazırladıqları xeberi gelince xilafet merkezinden Xalide İraq bölgesinin komandanlığını Müsennaya tapşıraraq Şama getmesi emri verildi. Hicri on üçüncü ilinde Bizanslıları Acnadeynde meğlub ederek Şama doğru uzaqlaşdırdı. Xalid şeheri mühasire etdi ve hicri on dördüncü ilin receb ayında Şam (Demeşq) şeherini zebt etdi. Yermuk savaşında Bizanslıları meğlubiyyete uğratdı. Qüdsü mühasireye aldı. Bütün Suriya müselmanların eline keçdi. Hicretin 17-ci ilinde Ömer (r.a) Xalid b. Velidi komandanlıqdan azad etdi. Xalidin komandanlıqdan azad edilmesi barede tarixçiler arasında müxtelif revayetler vardır. Komandanlıqdan azad edilmesi barede sebebleri bele sıralaya bilerik: Xalid (r.a) bir çox insana komandanlıq edirdi. Ancaq çox sert davranırdı. Kimsenin sözünü eşitmir, öz fikrinden başqasına önem vermirdi. Hetta bir çox işlerde xilafet merkezinin görüşlerine de müraciet etmirdi. İraq torpaqlarını İslam torpaqlarına birleşdirdikden sonra Xelife Ebu Bekr (r.a) emrinin eleyhine Hecce getmiş ve buna göre de Ebu Bekr çox üzülmüşdü. Bu sebeblere göre de Ömer (r.a) bir neçe defe Ebu Bekir (r.a) Xalidin komandanlıqdan azad edilmesini istemişdi. Ebu Bekr (r.a) daima bele cavab vermişdir: O Allahın qılıncıdır, bu qılıncı qınına qoymaq doğru deyildir. Ömerin xilafeti dövründe de Xalidin sert xasiyyeti deyişilmedi. Yene de bildiyi kimi davranırdı. Ömer (r.a) bu hereketler göre ona bir neçe defe xeberdarlıq etdi, mektublar gönderdi. Komandanlıqdan alınmasının ikinci sebebi ise müselmanların ağlında bele bir fikir formalaşmışdır: fethlerin gerçekleşmesinin sebebi Xalidin qabiliyyet ve qehremanlığından qaynaqlanmaqdadır. Fethlerin yegane sebebinin Xalid olaraq gösterilmesi elbette bir yanlışlıqdır. Savaşların qalibiyyetle neticelenmesinde onun qabiliyyetini danmaq olmaz. Ancaq bu ümumiyyetle müselmanların qelebeleri idi. Üçüncü sebeb; Xalid (r.a) ordu xerclerine çox pul israf edirdi. Esgerlere çoxlu pul paylanması diger mücahidlere pis örnek olurdu. Bu hadise Ömere çatdırıldı. Ömer (r.a) Ebu Übeyde b.el-Cerrah ile xeber gönderdi. “Bu qeder çox pulu müselmanların malından yeni ordu xerclerinden verdise müselmanlara xeyanet etmişdir. Öz cibinden vermişse israf etmişdir. İkisi de caiz deyildir. Xelife Ömer (r.a) Xalidi merkeze çağıraraq ondan bu israfın sebebini soruşdu. O ise bunların qenimetden pay olduğunu dedi. Bellikle de her şey aydın oldu. Ömer Xalid (r.a) iltifat ve ikramla qarşıladı. Könlünü aldı. Yazdığı ve her terefe gönderdiyi fermanlarda Xalidin qüsur ve ya her hansı qebahetinden dolayı onu vezifeden azad etmediyini, ancaq bütün müselmanların zehinlerini aydınlatmaq üçün, yeni bu qeder İslam fethlerinin yalnız Xalid (r.a) qolunun qüvveti ile meydana gelmediyini, eksine bütün qelebelerin Allah terefinden olduğunu her kesin bilmesi üçün bu addımı atdığını bildirdi. Ömer (r.a), Xalidi dövlet idare vezifesine getirdi. Bir ile qeder valilik etdi, sonra ise istefa etdi. Xalid (r.a) cihad duyğusu ile şehidlik duyğusu ile alışıb-yanan bir mömin idi. Cihad meydanları onun üçün Allaha en yaxın meydanlar idi. Özü bele deyerdi: “Men herb meydanında cihaddan aldığım zövqü, heç zaman zifaf gecesinden aldığım zövqe deyişmerem. En böyük arzusu cihad meydanlarında şehid olmaq idi. İran üzerine hücuma keçerken İranlılara bu xeberi gönderdi: Sizin dünyanı sevdiyiniz qeder axireti seven ordu ile üzerinize gelirem”. Xalid (r.a) şirke ve küfre qarşı çox şiddetli idi. Müselman olduqdan bir il sonra Uzza bütünü yıxmaq üçün getdiyinde Uzzaya bele demişdir; “Ey Uzza bu geliş seni tezim üçün deyil seni inkar üçündür”. Çünki men gördüm ki Allah seni deyersiz etmişdir. (İbn Esir, Üsdül-Ğabe, II, 110) Xalid (r.a) savaşçı olduğu qederde şexsi fezilet ve elmde de üstün idi. Fürset tapdıqca Peyğember (s.a.s)-in söhbetlerinden istifade etmişdir. Üç-dörd mesele ile de bağlı fetva verdiyi de revayet edilir. Xalidin Buxari, Müslim ve diger hedis kitablarında Peyğemberden (s.a.s) on sekkiz hedis revayet etmişdir. (İbn Hecer el-İsabe I, 143) Resulullah (s.a.s) Xalidin şücaet ve cesaretini müxtelif zamanlarda medh etmişdir. Mekke fethinden sonra müselmanlar toplanıb Mekkeye girdikleri zaman Xalid görününce Peyğember (s.a.s) Ebu Hüreyreye: Bu gelen kimdir? Deye soruşmuşdu. Ebu Hüreyre: Xalid bin Veliddir demişdir. Peyğember (s.a.s) Bu Allahın ne yaxşı quludur demişdir. (Ehmed b.Henbel, Müsned,II, 1360) Xalid (r.a) gönderildiyi bütün seferlerde ve müharibelerde Allah rizasını ve Allahın dinine deveti esas almışdır. Bele ki, Yermuk savaşında Romalıların komandanına savaş meydanında İslamı tebliğ etmiş ve komandan Corc onun deveti ile müselman olmuşdur. ---------- Bir gün Cennetle müjdelenmiş on neferden biri olan, Allah Resulunun (s.a.s) sehabesi Sad bin ebu Vaqqas (r.a) Medinede bir kişinin söyüşlerini eşitdi. Bu exlaqsız adam Allah Resulunun (s.a.s) sevimli xanımlarından biri, möminlerin anası Aişeni (r.a) ve reşidi xelifelerin üçüncüsü, Cennetle müjdelenmiş on neferden biri, meleklerin utandığı Osmanı (r.a) söyürdü. Ömrünün en gözel günlerini Cennetle müjdelenmişlerle keçiren ve artıq qocalığın nuru ile şereflenen Sad bu menzereden hiddetlendi. Qezebi gözlerinden oxunan Sad (r.a) adama yaxınlaşdı ve ondan söyüşlerini kesmesini istedi. Adam Sada (r.a) “Kesmesem ne olacaq?” deye, kinayeli cavab verdi. Sad da (r.a) ona “Kesmesen, Allaha senin üçün dua edecem!” dedi. Adam yeniden istehza ile “Meger sen peyğembersen ki, etdiyin her dua anındaca qebul olunsun?” dedi. Belece heç ne demeyen Sad (r.a) üz tutdu Allah Resulunun (s.a.s) mescidine. Bu hadisenin şahidi olanlar söyleyirler ki, Sad bin ebu Vaqqas (r.a) iki rüket namaz qılıb dua etdi. O, hele mescidden çıxmamış artıq meydanda insanların qışqırıq sesleri gelirdi. Görenler şahidlik edibler ki, bir qudurmuş deve meydana girerek söyüş söyen adamı ayaqları altına salaraq tapdalayırdı. Beli, bu Allah Resulunun (s.a.s) sehabelerinin kerametlerinden idi. Hemin adam Sada (r.a) “Meger sen peyğembersen ki, etdiyin her dua anındaca qebul olunsun?” deyerken bir şeyi unutmuşdu ki, Allah elçisi (s.a.s) bir vaxtlar dua ederek “Allahım, Sadın dualarını qebul et” demişdi. ---------- Müselmanlardan ilk müheddis, feqih ve müfessir sehabe Abdullah ibn Mesud idi. Adı Abdullah, künyesi Abdurrehmandır. Atasının adı Mesud, anasının adı Ümmü Abdır. Atası haqqında geniş bir melumat yoxdur. Abdullah Mekkenin feqih ailelerinden birine mensubdur. Gencliyinde Ukbe b. Ebi Muaytın qoyunlarını güderek çobanlıq etmişdir. Abdullah b. Mesud Muhammed peyğember (s.a.s) ile ilk görüşünü ve nece tanış olmasını bele neql edir: «Men Ukbe b. Muaytın qoyunlarını güdürdüm. Bir gün Resulullah (s.a.s.) ve Hz. Ebu Bekir (r.a.) yanımdan keçirdiler. Resulullah (s.a.s) menden südümün olub-olmadığını soruşdu. Men de ona çoban olduğumu ve qoyunların da emanet olduğunu söyledim. Bundan sonra Resulullah (s.a.s): "Süd vermeyen bir qoyunun varmı? Mene göstere bilersenmi?" – deye soruşdu. Men de qoç üzü görmemiş bir qoyun verdim. Resulullah (s.a.s) qoyunu sağmağa başladı. Gerçekden de balası olmayan, südü olmayan bu qoyundan süd sağıb Ebu-Bekire verdi. Ebu Bekir (r.a) içdi. Sonra qabı Resulullah (s.a.s) alıb o da içdikden sonra qoyunu buraxdı.» (İbn Sad Tabaqat,111, 150-151) Bu günden sonra İbn Mesud Peyğemberin (s.a.s) yanından ayrılmadı. İslamı qebul edenlerin altıncısıdır. İslamı qebul edenden sonra hemişe Qurani-kerimi ezberlemişdir. Ezberlediyi 70 sureni Peyğemberin (s.a.s) hüzurunda oxumuşdur. Sehabeler arasında da heç kimse bu mövzuda onunla reqabete girmemişdir. Daha sonra Abdullah Quranın evvelden sonadek ezberlemişdir. İbn Mesud müselman olduğu zamanlarda müselmanlar Mehemmed Peyğember (s.a.s) ile açıq-açığa ibadet ede bilmir, uca sesle Quran oxuya bilmirdiler. Müselmanların bele hereketleri, müşriklerin bütün cahil duyğularını qabardır, onları müselmanlara qarşı şiddetli ve amansız hücumlara sövq edirdi. Bu çetin günlerde Abdullah b. Mesud (r.a) Kebede Quran oxumaq istemişdir. Peyğember (s.a.s) ve sehabeler bunun tehlükeli bir hereket olduğunu xüsusi ile de Mekkede onu himaye edecek böyük bir ailenin olmadığını, müşriklerin onu işgenceye meruz qoyacaqlarını söylediler. Feqet ibn Mesudun iman coşqunluğu bütün bunlara qalib gelmişdir: “Meni onların şerinden Allah qoruyar” demiş ve Kebeye getmişdi. Bu zamanlarda da Qureyşin böyükleri toplanmış ve Heremde bir meseleni müzakire edirdiler. Onlar danışdıqları zaman yüksek ve gözel bir ses Qurani-Kerimden Rehman suresini oxumağa başlamışdı. Her kes heyret içinde idi. Bu cesur adamın kim olduğunu öyrenmek istediklerinde onun İbn Mesud olduğunu gördüler. Qureyşliler esebileşerek onun bu hereketini cezalandırmaq qerarına geldiler. İbn Mesudu isti qumun üzerine yatırıb İslamı terk etmeye devet etdiler. Feqat İbn Mesud bu cezalara o qeder de önem vermedi. Müşrikler de işgencelerinin bir fayda vermeyeceyini anlayaraq onu buraxdılar. Abdullah İbn Mesud (r.a) qureyşlilerin bu xain hereketleri üzünden xestelendi ancaq içinde yanan iman ateşi zerre qeder sönmedi, meneviyyatı esla sarsılmadı. O, eline düşen ilk fürsetdece eyni hereketi tekrarladı: «Yene qureyşlilerin toplandıqları yerlerde Allah kelamını en yüksek sesle oxudu. Peyğemberden (r.a) sonra ilk defe Kebede Quran oxuyaraq müşriklere İslamı tebliğ etdi.» (İbnul-Esir, Üsdul-Ğabe, III, 256, 257) Abdullah ibn Mesudun (r.a) bu imanı ve cesareti müşriklerin ona böyük düşmen kesilmesine sebeb olmuşdu. Belelikle İbn Mesud Mekkeni terk etmeye mecbur oldu. Daha sonra Hebeşistandan Medineye hicret ederek Muaz b. Cebalin qonağı oldu. İbn Mesud (r.a) bütün böyük savaşlara qatılmış ve hamısında da böyük fedakarlıqlar göstermişdir. İbn Mesud (r.a.) Uhud, Xendek, Hüdeybiyye, Xeyber döyüşlerinde Resulullah (s.a.s) ile birlikde iştirak etmişdir. Huneyn savaşında bele Resulullahı (s.a.s) terk etmemişdir. Resulullah (s.a.s) onun bu hereketlerinden çox razı qalmışdır. Abdullah ibn Mesud, her döyüşde Allah yolunda şehid olmaq arzusu ile yaşayan sehabelerden idi. Ondakı iman qüvveti, onu daima ireliye atır, ancaq müselmanların zeferi ve müşriklerin meğlubiyyeti gerçekleşdikden sonra rahat olurdu. Hz. Peyğemberin vefatından sonra qısa bir müddet kenara çekildi. Feqet Hz. Ömerın (r.a) zamanında yeni fethlere başlandığı zaman İbn Mesud cihad üçün Suriya cebhesine getdi. Hz. Ömer (r.a), hicretin 20-ci ilinde İbn Mesudu, Kufe valiliyine teyin etdi. O, hem de oradakı müselmanların dini tehsiline kömek edecekdi. Hz. Ömer (r.a) bununla bağlı olaraq Kufe xalqına gönderdiyi mektubda bele deyir: «Size Ammar b. Yasiri Emir, İbn Mesudu da müellim olaraq gönderirem. Beytül-malınıza da İbn Mesudu teyin etdim. Bunların her ikisi de Bedir ehlindendirler. Onları dinleyin ve onlara itaet edin. İbn Mesudu yanımda saxlamaq isteyerdim, ancaq sizi daha çox düşündüm». İbn Mesud (r.a.) üzerine aldığı bu vezifeni son derece leyaqetle yerine yetirdi. Kufe mehsullarının çoxluğu ve keyfiyyeti ile tanınmış bir merkez idi. Onun üçün buranın Beytül-malı önemliydi. Çünki buradan minlerle mücahidin ehtiyacı ödenirdi. Bu veziyyet İbn Mesudun vezifesinin ne qeder çetin olduğunu göstermeye yeterlidir. Abdullah ibn Mesud eyni zamanda son derece zahid ve mütteqi idi. Dünyevi heç bir zövq onu çekmemişdi. Ona verilen bütün vezifeleri en yüksek seviyyede yerine yetirir: beytül malı qoruyur ve her şeyi ancaq haqqı olana verirdi. İbn Mesud altmış yaşında iken xestelendi. Bir gece yuxusunda Resulullahı (s.a.s) gördü. Peyğember (s.a.s) onu devet edirdi. İbn Mesudun vefatı yaxınlaşdığı zaman Hz. Zubeyr ile oğlu Abdullah yanına gelmişdiler. Hicri otuz ikinci ilinde vefat etdi. Sehih revayetlere göre cenaze namazını Osman (r.a) qıldırdı. İbn Mesud (r.a) İslam dinini qebul etdiyi günden elmle meşğul olmuşdur. Resulullah (s.a.s) ondakı bu marağı görerek: «Sen müellim olacaqsan» deye buyurmuşdu. Gerçekden İbn Mesud bütün ömrünü elm tehsili ile keçirmişdir. İbn Mesud (r.a) Resulullahın (s.a.s) en yaxın ve mehrem dostlarından biri idi. O Resulullaha (s.a.s) xidmet etmekden qürur duyurdu. Bezen onun misvaqını ve esasını da daşıyırdı. Resulullaha (s.a.s) o qeder yaxın idi ki, meclisine icazesiz girer, onunla söhbet eder, emrlerini dinler ve bütün arzularını yerine yetirerdi. (İbn Sad, Tabakat, 111, 153) İbn Mesud (r.a) ilahi vehyi birbaşa onu alan ve teleffüz eden Peyğemberden (s.a.s) öyrenmişdir. Buna göre de Qurani Kerimi en yaxşı bilen ve mükemmel ezberleyen sehabelerdendir. Her kes onun bu xüsusiyyetini bilir ve teqdir edirdi. Sehabelerin hamısı onun bu üstünlüklerini qebul edirdiler. (Buxari, Fadailul-Ashabin–Nebi, 37) İbn Mesud Quranın yayılmasına sey edir, onu Resulullahdan aldığı şekilde öyretmeye çalışırdı. Bir yandan da tefsir elminde de xidmetleri olmuşdur. İbn Mesud öz reyi ile Quranı tefsir etme xüsusunda çox ehtiyatla davranardı. O, Qurani-Kerimi Allah elçisinden öyrendiyine göre onun qiraetinde bir mükemmellik var idi. Resulullah (s.a.s) onun qiraetinden behs eder ve terifleyerdi. Bir gün Mescidde İbn Mesud gözel sesle Nise suresini oxuyurdu. Resulullah (s.a.s), Ebu-Bekir (r.a) ve Ömer (r.a) ile birlikde mescide gelmiş ve onu zövqle dinledikden sonra bele demişdiler: «İbn Mesud, ne dileyirsen dile, nail olacaqsan istediyine». Gerçekden de İbn Mesudun qiraeti son derece gözel idi. Peyğemberimiz (s.a.s) Quranı ona telim etdikden sonra, onun sesinden dinlemek isteyerdi. İbn Mesud bir gün Resulullaha: «Biz Quranı sizden oxuyub, öyrenmedik mi?» demiş, Resulullah da bele buyurmuşdur: «Düzdür, ancaq men Quranı başqalarından dinlemeyi xoşlayıram». İbn Mesud (r.a) deyir ki, bir gün Resulullahın hüzurunda Nise suresinden bir bölüm oxuyurdum. «Her ümmetden bir şahid getirdiyimiz, seni de onların üzerine şahid getirdiyimiz zaman, görek onların halı nece olacaqdır.» (en-Nise, 4:41) ayesini oxuduğum zaman Resulullahın gözleri dolmuşdu. İbn Mesudun telebelerine olan en böyük nesiheti ve vesiyyeti Muhammed Peyğemberden (s.a.s) hedis revayet ederken son derece diqqetli olmaları idi. İbn Mesud namazlarını vaxtında qılmağa o qeder adet etmişdi ki, bir gün vali Velid b. Ukbe Kufe mescidinde xalqı bir qeder gözletmişdi. İbn Mesud qalxaraq xalqa namazı qıldırmışdı. Vali bundan üzülerek ne üçün bele etdiyini soruşmuş ve möminlerin emirinden bele bir buyruq mu aldın? Yoxsa bir bidet mi icad etdin? demişdir. İbn Mesud ona bu cavabı vermişdir: «Men mömünlerin emirinden bir buyruq almadığım kimi bir bidet de icad etmedim. Feqet senin bir işin vardır deye bizim de namazımızı gecikdirmeyine Allah razı olmaz». İbn Mesud, Ramazandan elave başqa günler de oruc tutar, Aşura günlerini de oruclu keçirerdi. İbn Mesud son derece sade bir heyat terzi keçirmişdir ve bunu da heyatının düsturu bilirdi. İbn Mesud, illerle beytül-malı idare etmiş, bir gün de olsa bele edalet ve insafdan ayrılmamışdır. ----------- "Sabah bayrağı ele bir kimseye vereceyem ki, O, Allahı ve Resulunu sevir, Allah ve Resulu da onu sevir". Bu söze göre adamların çoxu boyunlarını uzadırdılar ki, Resulullaha (s.a.s) görünsünler. Amma o dedi: -Elini yanıma getirin. Elini getirdiler, amma gözleri ağrıyırdı. Peyğember onun gözlerine üfürdü ve bayrağı ona verdi. Allah onun eliyle fethi müyesser etdi. ------------ ELİ İBN EBU TALİBİN (r.a) FEZİLETİ 1. Enes bin Malik (Allah ondan razı olsun! - r.a) revayet edir: "Resulullah (Ona ve ailesine Allahın salavatı, salamı olsun! - s.a.s) bazar ertesi günü peyğember gönderildi, Eli (r.a) çerşenbe axşamı günü namaz qıldı" (et-Tirmizi; Menaqib, 3976, hedis qeribdir). Bezi alimler bu hedise esaslanaraq Elinin (r.a) genclerden ilk müselman olduğunu söyleyirler. 2. Abdullah bin Ömer (r.a) revayet edir: "Resulullah (s.a.s) sehabeleri bir-biri ile qardaşlaşdırmışdı. Eli (r.a) geldi ve dedi: -Sehabeleri bir-biri ile qardaşlaşdırdın, amma meni heç kesle qardaşlaşdırmadın. Resulullah (s.a.s) dedi: -Sen menim hem bu dünyada, hem de axiretde qardaşımsan" (et-Tirmizi; Menaqib, 3722). 3. Zeyd bin Erqam (r.a) revayet edir: "Resulullah (s.a.s) demişdir: "Men kimin dostuyamsa, Eli de onun dostudur" (et-Tirmizi; Menaqib, 3714). 4. Sad bin Ebu Vaqqas (r.a) revayet edir: "Resulullah (s.a.s) Tabuk döyüşüne gederken Elini arxada (Medinede) saxlamışdı. Eli (r.a) soruşdu: -Ey Allahın Resulu, meni qadın ve uşaqların arasında saxlayırsan? Resulullah (s.a.s) cavab verdi: -Sen, Harunun Musa yanında aldığı yeri menim yanımda almaqdan razı deyilsen? Bu ferqle ki, menden sonra peyğember yoxdur". (Buxari; Kitabul-meğazi 80/409, Fedail-eshab 9/54, Müslim; Fedail-eshab, 31 (2404), et-Tirmizi; Menaqib, 3731). 5. Müslim ve Tirmizinin revayetlerinde deyilir: "Resulullah (s.a.s) Xeyber günü dedi: -Sabah bayrağı ele bir kimseye vereceyem ki, O, Allahı ve Resulunu sevir, Allah ve Resulu da onu sevir. Bu söze göre adamların çoxu boyunlarını uzadırdılar ki, Resulullaha (s.a.s) görünsünler. Amma o dedi: -Elini yanıma getirin. Elini getirdiler, amma gözleri ağrıyırdı. Peyğember onun gözlerine üfürdü ve bayrağı ona verdi. Allah onun eliyle fethi müyesser etdi. Revayeti eden daha sonra deyir ki: Ali-Imran, 61 ayesi nazil olduğu zaman "Gelin biz de oğlanlarımızı, siz de oğlanlarınızı; biz de qadınlarımızı, siz de qadınlarınızı; biz de özümüzü, siz de özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lenet etmesini dileyek!" Resulullah (s.a.s) Elini, Fatimeni, Hesen ve Hüseyni (Allah onlardan razı olsun!) çağırdı ve: "Allahım bunlar menim ailemdir!" buyurdu" (Buxari; Kitabul- meğazi, 4/231, Müslim; Fedail- eshab 32, (2404), et-Tirmizi; Menaqib, 3726). Hedisin birinci hissesinde Xeyberin fethinde Elinin fezileti qeyd edilir. Peyğemberin buyurduğu kimi Eli (r.a) Allah ve Resulunu (s.a.s) sevir. Allah ve Resulu (s.a.s) da onu sevir. Bu böyük müjdedir. Resulullahın (s.a.s) bele meqamda şehadeti insan üçün dünyada elde ede bileceyi bütün nemetlerden en xeyirlisidir. Xeyberin fethi Elinin (r.a) eliyle müyesser olmuşdur. Bu döyüş erefesinde bayrağın Eliye verilmesi sehabelerin nezerinde mühüm hadisedir. Çünki bu, Allah ve Resulunun (s.a.s) o kimseni sevdiyine sübutdur ve evvelceden xeber verilir. Minlerle dünya seadetinde xeyirli olan bu meqama çatmaq ümidi ile her kes boynunu uzatmış ve peyğembere (s.a.s) görünmek istemişler. Hetta Ömer ibn Xettab (r.a) bele deyir: -"Heç vaxt komandanlığı arzu etmediyim halda, o gün "ne olardı bayrağı mene vererdi" ümidi ile Resulullaha (s.a.s) görünmek üçün başımı ireli uaztdım". Hedisin ikinci hissesinde Elinin başqa fezileti gösterilir: Eli ve ailesi, Peyğemberin (s.a.s) ailesidir. 6. Zirr bin Hübeyşi Eliden (r.a) bele eşitdiyini revayet edir: "Toxumu çatladan ve canlıları yaradana and olsun ki, Ummi peyğemberim (s.a.s) mene möminin meni seveceyini, münafiqin menden üz çevireceyini ehd etdi" (Müslim; Iman 131, (78); et-Tirmizi; Menaqib, 3737; Nesai; Iman, 20, (8, 117). "Toxumu çatladan" toxumları cücerden demekdir. Her gün seyr etdiyimiz bu hadise bize tebii bir normal hal kimi görünür. Eslinde bu bir möcüzedir. Besit bir dene torpağa düşdükde ondan gövde, yarpaq, çiçek, meyve, reng, qoxu, dad ve s. emele gelir. Bunlar "denenin açılması"nın neticesidir. Buna göre Eli (r.a) hadisenin sahibi Allaha andla söze başlayır. Çünki Allah el-Enam suresinin 95-ci ayesinde "Şübhesiz ki, toxumu da, çerdeyi de cücerdib çatladan, ölüden diri, diriden ölü çıxardan " kimi tanıdılır. "Ummi" - anaya mensubluğu bildirir. Bununla yazma ve oxuma bacarmamaq bildirilir. Çünki insan anadan olanda oxuma-yazma ve başqa şey bacarmır. Bu Quranda bele deyilir ki: "Analarınızın betinlerinden heç bir şey bilmediyiniz halda çıxartdı" (en-Nehl, 78). Resulullahın (s.a.s) "ümmi" olmasına baxmayaraq Quran kimi kitab, keçmiş ve gelecekden, kainatın mahiyyetinde doğru, deyişdirilmez, yalan olması isbat edilmez xeberler vermesi, onun en böyük möcüzeleridir. Hedis bele de revayet olunur: "Mömin meni sever, münafiq meni sevmez". 7. Cabir bin Abdullah (r.a) revayet edir: "Taif günü Resulullah (s.a.s) Elini çağırdı ve onunla xüsusi görüşdü. Görüşün uzun çekdiyine göre adamlar: "Resulullah (s.a.s) emisi oğlu ile görüşmesini uzatdı" dediler. Bunu duyan peyğember (s.a.s) buyurdu: -Onunla xüsusi görüşü men (öz arzumla) etmedim, Allah etdi" (et-Tirmizi; Menaqib, 3728). Taif seferi zamanı peyğemberin (s.a.s) Eli (r.a) ile görüşü o qeder uzandı ki, adamların bezileri "Emisi oğlu ile söhbeti uzatdı" demişdiler. Bu sözlerin dedi-qodu niyyeti ile ve ya "düşüncelerini çekinmeden semimi şekilde söyleme terbiyesi" niyyeti ile de deyildiyini izah etmek olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyetle deyilmesinden asılı olmayaraq Peyğember (s.a.s) meseleni aydınlaşdırmışdır. Bu zaman el-Enfal suresinin 17-ci: -"Kafirleri siz öldürmediniz, Allah öldürdü. Düşmenlerin gözüne bir ovuc (torpaq) atdığın zaman sen atmadın, Allah atdı" ayesine uyğun üslubdan istifade etmişdir. 8. Enes (r.a) revayet edir: "Resulullah (s.a.s) Beraet (et-Tövbe) suresini (Erafatda hecc ziyaretine gelenlere tebliğ etmek üçün) Ebu Bekire (r.a) göndermişdi. Sonra onu çağıraraq: "Bunun, ailemden olmayan bir kimse ile tebliğ edilmesi müvafiq deyil" buyurdu. Elini (r.a) çağıraraq sureni ona verdi" (et-Tirmizi; Tefsir, et-Tövbe, 3089). Alimlerin fikrine göre Ebu Bekrden (r.a) sonra Elinin (r.a) gönderilmesindeki hikmet, ereb adetinden ireli gelir. Bu adete göre, müqavileni ancaq onu bağlayan kimse ve ya ailesinden olan bir kimse poza biler. Buna göre Peyğember (s.a.s) o cür etmişdir. Surenin ilk ayelerinde müselmanların müşriklerle müqavile bağlamalarından söhbet getdiyini de nezere alsaq bele izahı vermek olar. Doğrusunu Allah bilir. 9. Ebu Hezim Seleme bin Dinardan revayet edir: "Bir nefer Sehl bin Sadın (r.a) yanına gelir ve: "Medine emiri filankes minberin yanında Eli haqqında danışır"-deyir. Sehl: -Bu emir Eli haqqında ne deyir?-soruşur. Ebu Hezim: -Emir Eliye Ebu Turab deyir-dedikde, Sehl ibn Sed güldü ve: -Allaha and olsun Eliye bu leqebi Peyğember (s.a.s) (s.a.s) vermişdir ve Elinin en çox bu ad xoşuna gelirdi-dedi. Ebu Hezim dedi: "Men bu leqebi Peyğember (s.a.s) Eliye nece verdiyini öyrenmekle lezzet almaq istedim ve Sehl ibn Sedden soruşdum: -Ey Ebu Abbas, bu nece olub? O dedi: -Bir defe Eli Fatimenin yanına girmiş ve sonra çıxaraq mescidde yatmışdı. Bu vaxt Peyğember (s.a.s) gelib: "Emi oğlum hardadır?"-soruşdu. Fatime: "Mesciddedir"-dedi. Peyğember (s.a.s) mescide getdi ve Elinin küreyi torpağa batmış halda yatdığını gördü. Peyğember (s.a.s) Elinin küreyinden torpaqları temizleyerek: "Otur ey, Ebu Turab! Otur ey Ebu Turab!" dedi. (Buxari; Kitabul- fadail eshab 9/51). 10. Sad bin Übeyde demişdir: "Ömerin oğlunun (ibn Ömerin) yanına bir adam geldi ve Osman haqqında soruşdu. Ibn Ömer Osmanın yaxşı xüsusiyyetlerinden danışdı ve o adama: -Belke Osman haqqında xatırlatdığım şeyler sene pis gelir"-dedim. Dedi: "Beli". Ibn Ömer: "Allah senin burnunu yere sürtsün"-dedi. Sonra o adam ibn Ömerden Eli haqqında soruşdu. Ibn Ömer Elinin gözel emellerinden xatırlatdı ve: "Eli budur. Evi de Peyğemberin (s.a.s) evlerinin en gözelidir, ortasındadır."-dedi. Sonra yene: "Belke Eli haqqında danışdıqlarım sene pis gelir"-dedim. O adam: "Beli" (pis gelir)-dedi. Ibn Ömer ona: "Allah senin burnunu torpağa sürtsün. Get menim baremde ne bacarırsan et"-dedi" (Buxari; Kitabul- fadail eshab 9/52). ABBAS İBN ABDUL-MUTTALİBİN (r.a) FEZİLETİ 1. Eli (r.a) revayet edir: "Resulullah (s.a.s) buyurdu ki: -Kim emime eziyyet verirse mene eziyyet vermiş olur, çünki adamın emisi ona atası yerindedir". (et-Tirmizi; Menaqib, 3764) 2. Abdullah bin Abbas (r.a) revayet edir: "Resulullah (s.a.s) Abbasa demişdir: " -Ey emi, bazar ertesi sabahı sen ve oğlun yanıma gelin, size dua edim. Allah bu dua ile sene ve oğluna xeyir versin. Abbasla Resulullahın (s.a.s) yanına getdik. O, bizi örtüye bürüdü ve dua etdi: -Allahım! Abbası ve oğlunu bağışla. Ele bağışla ki, zahiri ve batini günahları temizlensin, heç bir günahı qalmasın! Allahım, onu oğlu sebebiyle hifz et" (et-Tirmizi; Menaqib, 3766). Bu hedisler Abbasın (r.a) feziletine delildir. Abbas (r.a) Peyğember in (s.a.s) emisi olub, ondan 2 ve ya 3 yaş böyük idi. Leqebi Ebu Fadldır. İslamı qebul etmesi meşhur bir revayete göre Mekkenin fethinden sonradır. Bezileri hicretden evvel müselman olduğunu, ancaq bunu gizletdiyini, Mekkede qalıb müşriklerle bağlı xeberleri Resulullaha (s.a.s) yazdığını deyirler. Arada hicret etmek üçün icaze istemiş ve Peyğember (s.a.s) : "Senin Mekkede qalmağın daha xeyirlidir" deyerek icaze vermemiş ve hetta Bedir döyüşünde "Abbasla rastlaşsanız onu öldürmekden çekinin" emrini vermişdir. Peyğember (s.a.s) Abbasa (r.a): "Men Peyğemberlerin (s.a.s) sonuncusu olduğum kimi, sen de mühacirlerin sonuncususan" demişdir. Resulullah (s.a.s) vefat edende, teziyeni Abbasa (r.a) vermişdiler. Abbas (r.a) Mekkenin varlılarından olub, 70 nefer köle azad etmişdir. Qızlarından elave 10 oğlu olub. Hicretin 32-ci ilinde Medinede Osmanın (r.a) şehid edildiyinden iki il evvel 88 yaşında vefat edib. Namazını Osman (r.a) qıldırıb. 3. Enes bin Malikden (r.a) revayet edilen bir hedisde deyilir: "Aclıq illerinde Ömer ibni el-Xettab Abbas ibni Abdullmuttalible tevessül ederek Allaha yağış yağdırmaq üçün bele dua ederdi: "Ey Allah, biz Peyğemberin (s.a.s) sağlığında onunla tevessül ederek dua edirdik, indi ise Peyğemberimizin (s.a.s) emisi ile tevessül edirik ki, bize yağış yağdırasan!" Enes (r.a) deyir ki, Allah da insanlara yağmur verirdi. (Buxari; Kitabul- fadail eshab, 11/58). ABDULLAH İBN ABBAS (r.a) FEZİLETİ 1. İbn Abbas (r.a) revayet edir ki: "Resulullah (s.a.s) meni qucaqladı ve: "Allahım bunu dinde feqih (alim et)" deye dua etdi". Bir revayetde: "Allahım ona kitabı öyret", başqa revayetde: "Allahım ona hikmeti öyret" demişdir. (Buxari; Kitabul-fadail eshab, 26/96, 97, Kitabul-Elm 18/17, Müslim; Fadail- sehabe 138, (2477); et-Tirmizi; Menaqib, 3823, 3824). Abdullah bin Abbas (r.a) Peyğember (s.a.s)in emisi oğludur. Hicretden 3 il evvel Mekkede anadan olub. Hicretin 68-cı ilinde Taifde vefat etmiş, cenaze namazını Elinin (r.a) oğlu Mehemmed bin Henefiyye qaldırmış ve: "Bu gün islam ümmetinin böyük terbiyeçisi ölmüşdür" demişdir. Peyğemberin (s.a.s) etdiyi dua neticesinde Abdullah bin Abbas (r.a) islami elmlerin hamısında (tefsir, fiqh) en yüksek zirveye qalxmış, "Reisul Mufessirin" (Tefsirçilerin reisi), "Tercumanul Quran", "Habrul-Umme" kimi leqeblerle tanınmışdır. CEFER İBN EBU TALİB (r.a) FEZİLETİ 1. Ebu Hureyre (Allah ondan razı olsun! –r.a) revayet edir: "Resulullah (s.a.s) demişdir: "Ceferi Cennetde meleklerle birlikde uçan gördüm" (et-Tirmizi; Menaqib, 3767). 2. Eş-Şabi (r.a) revayet edir: "İbn Ömer (r.a) Ceferin oğlu Abdullaha salam vererken: -Es-Selamu aleyke! (Sene salam olsun!), Ey iki qanadlı adamın oğlu!, deyerdi. (Buxari; Kitabul- fadail eshab, 10-cu bab, hedis 57). 3. Ebu Hureyre (r.a) revayet edir: "İnsanlar: "Ebu Hureyre çox hedis revayet edir" deyirler. Halbuki men qarnımın doyması müqabilinde Resulullahdan (s.a.s) ayrılmazdım. Hetta men maya vurulmuş çörek yemezdim, teze ve gözel paltar geyinmezdim. Mene heç bir kişi ve qadın xidmet etmemişdir. Men aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşerler ümidi ile men ezber bildiyim ayeleri bir kimseye-o meni evine aparsın, meni doyursun meqsedi ile oxumaq isteyirdim. Fağırlar, miskinler, kasıblar üçün insanların en xeyirlisi Cefer ibni Ebu Talib idi. O bizi evine aparar, evinde olanlardan bizi yedirerdi. Hetta bezen içi boşalmış yağ qabını verirdi, biz de onu keser ve içinde qalan yağ qırıntılarını yalayardıq" (Buxari; kitabu Fadail Eshab, 10-cu bab, hedis 56; Tirmizi; Menağib, 3770). 4. El-Bera (r.a) bele demişdir: "Resulullah (s.a.s) Cefer bin Ebu Talibe (Allah ondan razı olsun – r.a) demişdir: "Exlaq ve yaradılış baxımından sen mene oxşayırsan" (Buxari; Kitabu sülh, 6-cı bab, hedis 9, Kitabul-Meğazi 45/263, Müslim; Cihad 90 (178); et-Tirmizi; Menaqib, 37-69). Bu hedisler Cefer bin Ebu Talibin (r.a) feziletine nümunelerdir. Ilk müselmanlardan sayılan Cefer bin Ebu Talib (r.a) Eliden (r.a) 10 yaş böyük olub, doğma qardaşıdır. Hebeşistana hicret etmiş, Peyğember (s.a.s) onunla kral Necasiye mektub göndermiş, onu mühacirlere başçı ve krala elçi teyin etmişdi. Iki defe hicret edir. Xeyberin fethi günü hebeşistandan Medineye gelir. Peyğember (s.a.s) onu qucaqlayır, alnından öpür ve: "Bilmirem Ceferin gelişi, yoxsa Xeyberin fethi sebebi ile daha çox sevinmeliyem" deyir. Leqebi Ebu Abdullah et-Teyyardır (Qanadlı Cefer). Bu leqebi hicretin 8-ci ilinde 41 yaşında şehid olduğu Muta döyüşünde almışdır. Bu döyüş zamanı Zeyd ibni Harisden sonra serkerde oldu ve bayrağı ona verdiler. Döyüş zamanı ellerini itirmiş ve şehid olmuş Cefer (r.a) haqqında Resulullah (s.a.s) : "Qolları kesildi, ancaq Allah onların evezine iki qanad verdi, Cennetde uçur" müjdesini verdi. Bedeninin 10 hissesinde 70-den artıq yara sayırlar. Ebu Hureyre (r.a) Ceferin (r.a) kasıblara qarşı münasibetine, comerdliyine göre ona Ebu Mesakin (kasıbların atası) leqebini verir. Resulullah (s.a.s) demişdir: "Menden evvel her Peyğembere 7 seçilmiş vezir verilmişdir. Mene 14 vezir verildi: Hemze, Cefer, Eli, Hesen, Hüseyn, Ebu Bekr, Ömer, Miqdad, Huzeyfe, Selman, Ammar ve Bilal". Resulullah (s.a.s) Ceferin ölümüne üzülmüş, gözlerinin yaşını axıtmışdır. Aişe (r.a) deyir: "Ceferin ölüm xeberi gelince Resulullahın (s.a.s) üzünden hüznü gördük". HESEN VE HÜSEYNİN (r.a) FEZİLETLERİ 1. El-Beranın (r.a) revayetinde deyilir: "Men gördüm ki, Peyğember (s.a.s) Elinin oğlu Heseni çiynine almış ve: "Allahım, men bunu sevirem, bunu sen de sev!" buyurdu" (Buxari; Kitabu fedail eshab 24/89, Müslim; fedailus- sehabe, 58,59 (2422); et-Tirmizi; Menaqib, 3784). 2. Üsame ibni Zeydden (r.a) revayet olunur ki: "Peyğember (s.a.s) Üsameni Hesenle beraber qucağına alardı ve: "Allahım, men bunları sevirem, sen de bunları sev", yaxud buna oxşar bir söz söyleyerdi" (Buxari; Kitabul- fedail eshab, 24/87). 3. Tirmizinin bir revayetinde: "Resulullah (s.a.s) Hesen ve Hüseyne baxıb: "Allahım men bunları sevirem, sen de sev!" deyerdi" buyurulur. (et-Tirmizi; Menaqib 3784). 4. Uqbe bin el-Haris (r.a) bele demişdir: "Ebu Bekr (r.a) ikindi (esr) namazını qıldı, sonra Eli (r.a) ile getdiler. Yolda Heseni uşaqlarla oynayan gördü. Çiynine alıb: -Peyğembere (s.a.s) oxşayan, Eliye oxşamayan atam sene feda olsun, dedi. Eli de gülürdü" (Buxari; Kitabul- fedail eshab, 24/90). 5. Enes (r.a) revayet edir: "Resulullahdan (s.a.s) Ehli-beytinden kimi daha çox sevirsen soruşanda dedi ki: "Hesen ve Hüseyni". Fatimeye (r.a) "Menim oğullarımı çağır" deyer, onları qucaqlayar ve öpüb etirlerini duyardı" (et-Tirmizi; Menaqib, 3774). 6. Yala bin Murreh (r.a) revayet edir: "Resulullah (s.a.s) buyurdu: "Hüseyn mendendir, men de Hüseyndenem. Allah Hüseyni seveni sever. Hüseyn "Esbat"dan biridir" (et-Tirmizi; Menaqib, 3774; Ibni Mace; Muqeddime, 144). Hedisdeki "esbat" sözü 3 mena verir: neve, qebile, ümmet. 7. Ebu Seid (r.a) revayet edir: "Resulullah (s.a.s) buyurmuşdur: "Hesen ve Hüseyn Cennet ehlinin iki gencidir" (et-Tirmizi; Menaqib, 3778). 8. Abdullah bin Şeddad (r.a) atasından revayet edir: Resulullah (s.a.s) iki axşam (meğrib veya işa) namazından birinde yanımıza geldi. Hesen ve Hüseyn belinde idi. Peyğember (s.a.s) qabağa keçib uşaqları yere qoydu, tekbir alıb (Allahu ekber) namaza başladı. Namaz vaxtı secdesi çox uzun oldu". Atam deyir ki: "Secde uzun çekdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, secdede olan Peyğemberin (s.a.s) belinde uşaq oturub. Ve men tez secde halıma qayıtdım. Namaz qurtaranda Resulullahdan (s.a.s) soruşdular: "Ey Allahın Resulu! Namaz vaxtı ele uzun secde etdin ki, bir hadise baş verdiyini ve ya sene vehy endiyni zenn etdik!" Cavab verdi ki: -Xeyir, bunlardan heç biri olmadı. Lakin, oğlum belime mindi. Men özü düşene qeder düşürmeyi uyğun bilmedim" (en-Nesai; Iftitah, 83 (2, 229, 320). 9.Ensardan Selma adlı bir qadın revayet edir: "Ummu Selemenin (r.a) yanına girdim, gördüm ki, ağlayır. Soruşdum ki, niye ağlayırsan? Cavab verdi ki: "İndice Resulullahı (s.a.s) başı ve saqqalı torpaqlı halda yuxumda gördüm. Sende ne var, ya Resulullah (s.a.s)?"-deye soruşdum. O, dedi: -Bir az evvel Hüseynin öldürüldüyüne şahid oldum" (et-Tirmizi; Menaqib, 3774). 10. Enes bin Malik (r.a) revayet edir: "Übeydullah bin Ziyada Hüseynin (r.a) başı getirildiyi zaman, elindeki süngü ile kellenin burnuna, gözlerine vuraraq: "Bu qeder gözelini görmedim" dedi. Men de: "O, ehli-beytde Resulullaha (s.a.s) en çox oxşayanı idi" dedim. (Buxari; Kitabul-fedail eshab, 24/88,et-Tirmizi; Menaqib, 3780). Übeydullah bin Ziyad bin Ebu Sufyan, Muaviyenin oğlu Yezidin xelifeliyi dövründe Kufe valisi idi. Hüseyn bu dövrde şehid edilmişdi. 11. Ammar bin Umeyr (r.a) revayet edir: "Übeydullah bin Ziyad ve yoldaşlarının kellesini Kufeye getirende Rahebe mescidinde çoxlu adam toplaşmışdı. Men de yaxınlaşdım. "Geldi! Geldi" deyirdiler. Gelen ne idi?-marağı ile bir az da yaxınlaşdım. Bir ilan kelleler arasına girib yox olur, tekrar çıxırdı. Übeydullah ibni Ziyadın burun deşiyine girdi ve bir qeder qaldı. Sonra çıxıb getdi ve qeyb oldu. Bir az sonra "Yene geldi! Yene geldi!" deyerek camaat qışqırdı. Bu hal 2 ve ya 3 defe tekrarlandı". (et-Tirmizi; Menaqib, 3782). 12. Ebu Musa (r.a) Hesen el-Besriden (r.a) revayet edir ki: "O Ebu Bekrden (r.a) eşitmişdir: "Men Peyğemberin (s.a.s) minberden bir defe insanlara, bir defe de yanındakı nevesi Hesene (r.a) baxaraq bele dediyini eşitdim: -Menim bu oğlum seyyiddir. Allah onun eliyle iki müselman kütlenin arasını islah (sülh) edecek" (Buxari; Kitabu-fadail eshab, 24/86). 13. Enes bin Malik (r.a) demişdir: "Heç bir kimse Hesen bin Eli (Allah onların her ikisinden razı olsun!) qeder Peyğembere (s.a.s) çox oxşamırdı" (Buxari; Kitabul-fadail eshab, 24/92). 14. Şube, Mehemmed bin Yaqubdan revayet edir: "Men bin Ebu Numdan eşitdim ki, ona Abdullah bin Ömer deyib: "İraq ehlinden bir adam öldürülmüş milçeyin hökmü haqqında soruşanda cavab verib: -Iraq ehalisi milçeyin öldürülmesi haqqında soruşur. Halbuki onlar Peyğemberin (s.a.s) qızının oğlunu (Hüseyni) ödürmüşdüler. Peyğember (s.a.s) ise, o iki nevesi haqqında: "Onlar menim dünyada (etrini duyduğum) iki reyhanımdır demişdir." (Buxari; Kitabul- fadail eshab, 24/93). Bu hedisler Hesen ve Hüseynin (Allah onlardan razı olsun!) feziletine nümunedir. Hesen ve Hüseyn (Allah onlardan razı olsun!) Peyğemberin (s.a.s) Eli ve Fatimeden (Allah onlardan razı olsun!) olan neveleridir. Hesen (r.a) hicretin 3-cü ili Ramazan ayında Medinede anadan olmuşdur. Peyğembere (s.a.s) çox oxşayan helim xasiyyetli ve yüksek dereceli teqva sahibi olan Hesen (r.a) herterefli müsbet xüsusiyyetlere malik olub, var-dövlete ve dünyaya bağlı deyildi. Atasının ölümünden sonra xelife Müaviyyenin (r.a) ordusu ile ona bağlı olan esgerlerden müteşekkil iki ordu qarşılaşıb, qan töküleceyi anda Müaviye (r.a) ile danışıqlar apararaq, bir ovuc qan hesabına bele olsa Mehemmed ümmetine xelife olmaq istemirem deyerek xilafeti ona vermiş, ve belelikle iki qardaş qanının tökülmesinin qarşısını almışdır. 49, 50 ve ya 51 yaşında arvadı terefinden zeherlendirilerek vefat etmişdir. Hüseyn (r.a) hicretin 4-cü ilinde Şaban ayında anadan olmuş, 61 yaşında Kerbala adlanan yerde Meherrem ayının 10-da (ona göre Aşura günü adlanır) şehid olmuşdur. Ümumiyyetle ister Hesenin, isterse de Hüseynin xelifeliyi dövründe ve daha sonralar xilafetde fitneler günden-güne çoxalırdı. İslam tarixinde hadiseler deqiq bir menalı gösterilmeyib. Müxtelif müellifler müxtelif revayetler edirler. Daha etraflı melumat almaq üçün "Tarix-Teberi" kitabına müraciet etmek olar. Hüseynin (r.a) şehid edilmesinin tarixi haqqında mövcud revayetlerden biri beledir: Müaviye (r.a) oğlu Yezidi xelife teyin ederek ölenden sonra, Kufe ehalisi Hüseyne (r.a) mektub yazaraq onu xelife görmek istediklerini ve ona itaet edeceklerini bildirdiler. Hüseyn (r.a) Müaviye oğlu Yezide biet etmir ve Mekkeye gelir. Kufelilerin mektubunu Mekkede alır ve Kufeye yollanmaq üçün hazırlaşır. Dövrün böyük sehabelerinden olan Ömerin oğlu Abdullah, Abbasın oğlu Abdullah ve qardaşı Mehemmed bin Hanefiyye (Elinin (r.a) diger arvadından olan oğlu) kimi bir çox hörmetli adamlar ona Kufeye getmemesini tövsiyye edirler. Lakin Hüseyn (r.a) yolundan qalmır. Yezid Kufeye Ubeydulla bin Ziyadı vali teyin edir ve Hüseyni (r.a) qarşılamaq üçün qoşun hazırlayır. Qoşuna Ömer ibni Sed ibni Ebu Vaqqas başçılıq edir. Meqsed heç de Hüseyni (r.a) ve onunla olanları öldürmek olmasa da bu qarşıdurma 72 neferin, o cümleden Hüseyn (r.a) ve 19 nefer ehli-beyt adamlarının şehid olması ile qurtarır. Hüseynin (r.a) kesilmiş başını tehqir eden Ubeydullah bin Ziyadı, Allah Ibrahim bin el-Eşter adlı şexsin eli ile öldürür. Ibrahimi Muxtar bin Ebu Ubeyde es-Saqafi gönderir. Ubeydullahın ve yoldaşlarının kesilmiş kellelerini getirerken nazik bir ilanın kellelerin burun ve ağız deşiklerinden girib-çıxması revayet olunur. Doğrusunu Allah bilir. FATİMENİN (r.a) FEZİLETİ 1.Cemi bin et-Teymiyyi revayet edir: "Xalamla birlikde Aişenin (r.a) yanına getmişdim. Soruşdum ki: "Hansı qadını daha çox sevirdi?" Fatimeni-deye cavab verdi. Bes kişilerden kimi?-deye soruşanda: "Fatimenin erini! Bildiyime göre o çox oruc tutur, çox namaz qılır" dedi. (et-Tirmizi; Menaqib, 3873). 2. Ummu Seleme (r.a) revayet edir: "Feth ilinde Resulullah (s.a.s) Fatimeni (r.a) çağıraraq onunla xüsusi söhbetleşdi. Fatime (r.a) ağladı. Tekrar söhbet etdiler, bu defe Fatime (r.a) güldü. Resulullah (s.a.s) vefat etdikde Fatimeden ağlamağının ve gülmeyinin sebebini soruşduqda dedi: "Evvelce Resulullah (s.a.s) mene öleceyini xeber verdi, ağladım. Sonrakı söhbetinde menim Meryem bint İmrandan başqa Cennet qadınlarının seyyidi (xanımı) olacağımı müjdeledi. Buna göre güldüm". (et-Tirmizi; Menaqib, 3872). 3. Misver, ibn Mexremeden (r.a) revayet edir: "Resulullah (s.a.s) demişdir: "Fatime menden bir parçadır. Kim onu qezeblendirse meni qezeblendirmiş olur" (Buxari; Kitabul-fadail eshab, 12/61, 31/107). 4. Aişeden (r.a) revayet olunur: "Peyğember (s.a.s) vefatından evvel xestelendiyi zaman Fatimeni (r.a) yanına çağırdı ve ona gizli bir şey dedi. Fatime ağladı. Sonra bir daha çağırıb Fatimeye yene gizli bir şey dedi. Bu defe Fatime güldü. Fatimeden bu ağlama ve gülmenin sebebini soruşduqda, Fatime: -Peyğember (s.a.s) mene gizlince bu xesteleyinin sonunda ruhunun alınacağını xeber verdi. Buna göre ağladım. Sonra mene yene gizlince, menim onun ehli-Beytinden ona ilk çatan kimse olacağımı ve ondan sonra geleceyimi xeber verdi. Buna göre de güldüm-dedi". (Buxari; Kitabul-fadail eshab, 12/62). Resulullah (s.a.s) qızlarından Fatimeni (r.a) daha çox sevirdi. Hetta Eliye (r.a) Fatime (r.a) ile yaşadığı dovrde diger bir qadınla evlenmeye icaze vermemişdir. 5. Mister el-Mexreme revayet edir ki: "Haşim bin Muğire oğulları, qızlarını Eli bin Ebu Talibe vermek üçün peyğemberden (s.a.s) izin istediler. Resulullah (s.a.s) -İzin vermirem! İzin vermirem! İzin vermirem dedi. Eger Ebu Talibin oğlu istese qızımı boşasın, sonra onların qızları ile evlensin. Çünki Fatime menden bir parçadır. Onu ikrah eden şey meni ikrah edir, ona eziyyet veren şey mene de eziyyet verir" (Buxari; Kitabul-nigah, 110/159). XEDİCE BİNT XUVEYLİD (r.a) FEZİLETİ 1. Ebu Hureyre (r.a) revayet edir: "Cebrayıl (Allahın ona salamı olsun!) Resulullahın (s.a.s) yanına gelerek: -Ey Allahın Resulu! Xedice içinde qatıq, ve yaxud yeyilecek ve ya içilecek başqa bir şey olan qabla gelir. O, yanına çatanda ona Rebbinden salam söyle ve onu tem-teraqlı ve yorğunluq olmayan, inciden hazırlanmış bir evle müjdele". (Buxari; Kitabul- menaqibul-ensar 19, Kitabul tovhid 33/110, Müslim; fadailus-sehabe 71/2432). Bu hedise göre bezi alimler Xedicenin (r.a) Aişeden feziletli olması hökmünü vermişler. Çünki Aişeni (r.a) Cebrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xediceni (r.a) Rebbinin adından salamlamışdır. 2. Aişe (r.a) revayet edir: "Men Peyğemberi (s.a.s) (Ona ve ailesine Allaphın salavatı ve salamı olsun!) arvadlarından heç birine Xedice (r.a) qeder çox qısqanmadım. Halbuki men Xediceni (r.a) derk edecek yaşımda görmemişdim. Feqet Peyğember (s.a.s) onu çox xatırlayırdı, her defe qoyun kesende Xedicenin (r.a) dostlarına gönderirdi. Bezen men: Sanki Xediceden başqa bu dünyada qadın yoxdur"-deyerdim. Resulullah da (s.a.s): -Xedice bele idi, Xedice bele idi ve ondan menim övladlarım oldu" buyurdu. (Buxari; Kitabul-menaqibul ensar 19/43, Müslim; fadailus-sehabe 73, 74, 77, 78 (2434: 2435, 2436, 2437), et-Tirmizi; Menaqib, (3885, 3886)). Ehmed bin Henbelin bir revayetinde deyilir: "Peyğember (s.a.s) demişdir: "İnsanlar meni inkar ederken, o inandı, hamı meni tekzib edende, o malını menim üçün xercledi. Allah onunla mene uşaq nesib etdi, diger arvadlarımdan uşağım olmadı". 3. Eli (r.a) revayet edir: "Peyğember (s.a.s) demişdir: "Dövrünün en xeyirli qadını İmranın qızı Meryemdir, bu ümmetin en xeyrili qadını Huveylidin qızı Xedicedir" (Buxari; Kitabus-sehabe 69/2430; et-Tirmizi; Menaqib, 3887). 4. Ebu Musa el-Eşari (r.a) revayet edir ki, Peyğember (s.a.s) buyurmuşdur: "Kişilerin çoxu kamala çatmışdır. Qadınlardan ise İmranın qızı Meryem, Fironun arvadı Asiya, Huveylidin qızı Xedice ve Mehemmedin qızı Fatimeden başqa heç kim kamala çatmadı. Aişenin qadınlardan üstünlüyü, tirid yemeyinin diger yemeklerden üstünlüyü kimidir" (Buxari; Kitabul-enbiya, 48/105, Müslim; fadailus-sehabe, 70 (2431), et-Tirmizi; Etime 31/1835). Xedice (r.a) Huveylid bin Esedin qızı olub, Peyğemberle (s.a.s) bir neçe neseb evvel eyni nesildendirler. Arvadları içerisinde nesebi en yaxın olan Xedicedir. İbrahimden başqa diger övladlarının (Qasım, Zeyneb, Ruqiyye, Gülsüm, Fatime ve Abdullah) anası Xedice olub. Hicretden 3 il evvel, Ebu Talibden 3 gün sonra 65 yaşında ramazan ayında vefat etmişdir. AİŞENİN (r.a) FEZİLETİ 1. Aişe (r.a) revayet edir: "Peyğember (s.a.s) mene: "Ey Aişe! Bu Cebraildir. Sene salam deyir!"-dedi. Men de: "Ve eleyhisselamu ve rehmatullahi ve bereketuhu (ona Allahın salamı, rehmeti ve bereketi olsun!) dedim". Resulullah (s.a.s) menim görmediyimi görürdü". (Buxari; Kitabul-fadail eshab 32/109, Müslim; fadailus-sehabe 91/2447; Ebu Davud, Edeb 166/5232. Et-Tirmizi, Menaqib 3876, en-Nesai; Işretun Nisa 3/7, 69). 2. Ebu Musa (r.a) revayet edir: "Biz, Peyğemberin (s.a.s) sehabeleri hedislerde çetinliklerle qarşılaşdıqda Aişeye müraciet ederdik ki, ondan elm öyrenek" (et-Tirmizi; Menaqib, 3877). 3. Ebu Vail revayet edir: "Eli (r.a) esger toplamaq üçün Ammar bin Yasir ve oğlu Heseni Kufeye gönderende Ammar xütbe edib dedi: "Qeti suretde bilirem ki, o, dünyada ve axiretde Peyğemberin (s.a.s) arvadıdır. Lakin Allah sizi, Öz hökmüne (İmama itaet edeceyinizi) yaxud Aişeye tabe olacağınızı imtahan edir" (Buxari; Kitabul-fadail eshab, 32/112). Bu revayet Cemel (Deve) döyüşü erefesinde Eli (r.a) ve Aişe (r.a) qarşıdurması ile elaqedar söylenilmişdir. Eslinde bu qarşıdurma düşmençilikden deyil, Aişeden başqa sağlığında Cennetle müjdelenmiş Telha ve Zubeyr kimi böyük sehabelerin, Osmanın (r.a) qatillerinin tapılması ve qisasının alınması telebinden yaranmışdı. Hem Eli (r.a), hem de Aişe (r.a) İslam dünyası üçün xeyir isteyirdiler. 4. Abdullah bin Abdurrehman, Enes bin Malikden (r.a) bele eşitdiyini revayet edir: "Men Resulullahdan (s.a.s) eşitdim ki: "Aişenin diger qadınlardan üstünlüyü tirit aşının diger yemeklerden üstünlüyü kimidir" (Buxari; Kitabul-fadail eshab, 32/110). 5. İbn Avn, el-Qasim bin Mehemmedden revayet edir: "Aişe (Alalh ondan razı olsun!) xestelenmişdi. Abdullah bin Abbas (r.a) onu ziyaret etmeye geldi ve: -Ey möminlerin anası, sen Resulullah (s.a.s) ve Ebu Bekrin (r.a) senden evvel Cennete girib hazırladıqarı gözel bir meqama gedeceksen"-dedi. (Buxari; Kitabul-fadail, 32/111). Abdullah bin Abbas (r.a) dövrünün en elmli şexsiyyeti idi. Onun Aişeye (r.a) dediyi sözler şübhesiz ki, Peyğember (s.a.s)den bildiyidir. 6. Aişeden (r.a) revayet edilir: "Aişe bacısı Esmadan bir boyunbağı almışdı. Bu boyunmağı sefer zamanı itdi. Resulullah (s.a.s) sehabelerinden bezilerini hansı ki, Useyd ibn Hüdeyr da onların arasında idi -boyunbağını axtarmağa gönderdi. Onlar namaz vaxtı olduğundan ve su tapmadıqları üçün destemazsız namaz qılmalı oldular. Peyğemberin (s.a.s) yanına gelende veziyyeti ona deyerken teyemmüm ayesi (el-Maide, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişeye: -Allah seni xeyirle mükafatlandırsın. Vallahi senin başına gelecek ele bir iş yoxdur ki, onda Allahdan senin özün ve müselmanlar üçün bir xeyir olmasın-dedi" (Buxari; Kitabul-fadail eshab 32/113). Revayetin başqa variantları Buxarinin "Teyemmüm kitabı"nda 1-ci ve 3-cü hedislerde verilmişdir. Heqiqeten Aişenin boyunbağının itmesi müselmanlar üçün bir rehmet olan teyemmüm ayesinin nazil olmasına vesile olmuşdur. Teyemmüm ayeleri el-Maide suresinin 6-cı ve en-Nisa suresinin 43-cü ayleridir. 7. Urva bin ez-Zubeyr bele demişdir: "İnsanlar Peyğembere (s.a.s) hediyyeleri Aişenin növbesi olanda vermeye çalışırdılar. Aişe dedi: "Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Selemenin yanına toplaşdılar ve: "Ey Ummu Seleme, bilirsen ki, adamlar hediyyelerini Peyğembere (s.a.s) Aişenin evinde vermeye çalışırlar. Halbuki biz de Aişe kimi xeyir isteyirik. Ne olar, Resulullaha (s.a.s) de, o insanlara hediyyelerini hansı arvadının evinde olsa orda vermeyini tapşırsın"-dediler. Ummu Seleme bunu Peyğembere (s.a.s) xatırlatdı. Ummu Seleme dedi: -Men bunu Peyğember (s.a.s)e xatırlatdım. O menden üz çevirdi. Növbeti defe de xatırlatdım. O menden üz çevirdi. Üçüncü defe xatırlatdım, bu defe mene: "Ey Ummu Seleme, Aişe barede mene eziyyet verme. Bu bir heqiqetdir ki, vallahi Aişeden başqa sizden heç bir qadının yanında olduğum zaman mene vehy enmedi"-buyurdu" (Buxari; Kitabul-fadail eshab, 32/115, Kitabul-Hibe, 6/15,16). Bu hedisler Aişenin (r.a) fezileti üçün kifayet qeder delildir. Qeyd etmek lazımdır ki, en-Nur suresinin 11- 20-ci ayeleri, Aişeye (r.a) sefer zamanı itirdiyi boyunbağını axtarması ile elaqeder yaxılmış iftiralara cavabdır: "Heqiqeten (Aişe) baresinde yalan xeber getirenler öz içerinizde olan bir zümredir (münafiqlerdir). Onu (o xeberi) pis bir şey zenn etmeyin. O, belke de, sizin üçün xeyirlidir. O zümreden olan her bir şexsin qazandığı günahın böyüyünü öz üstüne götüreni (Abdullah bin Ubeyyi) ise (qiyamet günü) çox şiddetli bir ezab gözleyir. Meger o yalan sözü eşitdiyiniz zaman mömin kişiler ve qadınlar öz üreklerinde (özleri haqqında yaxşı fikirde olduqları kimi, dostlarının da ehli-eyalı baresinde) yaxşı fikirde olub: "Bu, açıq-aydın bir böhtandır!"-demeli deyildirmi? (Aişeye iftira yaxanlar) ne üçün özlerinin doğru olduqlarını tesdiq edecek doğru şahid getirmediler! Madam ki, şahid getirmediler, demeli, onlar Allah yanında esl yalançıdırlar! Eger Allahın dünyada ve aixiretde size nemeti ve merhemeti olmasaydı, o yalan sözünüze göre size şiddetli bir ezab toxunardı. O zaman ki, siz (münafiqlerin yaydığı) yalanı dilinize getirir, bilmediyniz sözü ağzınıza alır ve onu yüngül, asan (insana günah getirmeyen) bir şey sanırsınız. Halbuki bu (Peyğemberin (s.a.s) ehli-eyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Meger siz onu eşitdiyiniz zaman: "Bize bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman Allah Bu, çox böyük bir böhtandır!"-demeli deyildinizmi? Allah size öyüd nesihet verir ki, eger möminsinizse, bir daha bele şeyler etmeyesiniz. Ve Allah sizin üçün ayelerini (bele etraflı, açıq-aydın) izah edir. Allah (her şeyi) bilendir ve hikmet sahibidir. Möminler arasında (onları nüfuzdan, hörmetden salmaq meqsedile) pis söz yaymaq isteyenleri dünyada ve axiretde şiddetli bir ezab gözleyir. (Hamının emelini, yayılan şayelerin, atılan böhtanların doğru olub olmadığını) ancaq Allah bilir, siz bilmezsiniz! Eger Allahın size nemeti ve merhemeti olmasaydı, Allah şefqetli ve rehmli olmasaydı, (halınız nece olardı? Dediyiniz yalanlara, yaxdığınız iftiralara göre sizi derhal mehv ederdi" (Qurani-Kerim: en-Nur suresi, 11-20). ------------ 1. Abdullah bin Abbasdan (Allah ondan razı olsun!) revayet olunur: "Peyğember (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) buyurmuşdur: —Ne'metleri ile sizi beslediyi üçün Allahı sevin. Allahı sevdiyiniz üçün meni sevin. Meni sevdiyiniz üçün ehli-beytimi sevin" (et-Tirmizi; Menaqib, 4042, hedis hesen, qeribdir). Her cür ne'met verdiyi üçün, xelq etdiyi üçün Allah sevilir. Allahı sevirikse, ister-istemez peyğemberini seveceyik, çünki o, hebibullahdır—Allahın dostudur. Dostun dostu sevilir. Peyğemberin ailesine sevgi ise peyğembere olan sevgiden ireli gelir. 2. Sa'd bin Ebu Vaqqas (Allah ondan razı olsun!) revayet edir: "Sene gönderilen elmden sonra buna dair seninle mübahise edenler olsa, onlara de ki: "GELIN BIZ DE OĞLANLARIMIZI, SIZ DE OĞLANLARINIZI; BIZ DE QADINLARIMIZI, SIZ DE QADINLARINIZI; BIZ DE ÖZÜMÜZÜ, SIZ DE ÖZÜNÜZÜ ÇAĞIRAQ!" (Ali-Imran, 61) nazil olanda, Resulullah (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) Elini, Fatimeni, Hesen ve Hüseyni (Allah onlardan razı olsun!) çağırdı ve: "Allahım, bunlar da menim ailemdir" buyurdu" (et-Tirmizi; Tefsir, Ali-Imran, 3002). 3. Ummu Seleme (Allah ondan razı olsun!) revayet edir: "Men Resulullahın (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) evinin qapısında oturduğum zaman bu aye nazil oldu: "... SIZ EY EV EHLI! ALLAH SIZDEN ÇIRKINLIYI YOX ETMEK VE SIZI TERTEMIZ, PAK ETMEK ISTER!" (el-Ehzab, 33). Evde Resulullah (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!), Eli, Fatime, Hesen ve Hüseyn vardı. Resulullah (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) onları örtükle bürüdü ve: "Allahım, bunlar menim ehli-beytimdir, bunlardan çirkinliyi yox et ve bunları temizle"—dedi. Men dedim: "Ya Resulullah, men ehli-beytden deyilemmi? Dedi: "Sen onsuzda (eslinde, ümumiyyetle) xeyirdesen. Sen Peyğemberin arvadlarındansan" (et-Tirmizi; Menaqib, 3870). Bu hedis ehli-beytin islam ümmetindeki ali derecesini tesdiq edir. Qur'anda buyrulan "ehli-beyt" kimdir meselesinde alimler ixtilaf etmişler: 1) Ibn Abbas, Ikrime, Miqatil, Seid bin Cübeyr (Allah onlardan razı olsun!) kimi böyük sehabelere göre ehli-beyte Peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) arvadları daxildir. Çünki el-Ehzab suresinin 28-34-cü ayelerinde müraciet peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) arvadlarına edilir: "YA PEYĞEMBER! ARVADLARINA BELE DE: "EGER SIZ DÜNYA HEYATINI VE ONUN DEBDEBESINI ISTEYIRSINIZSE, GELIN SIZE TALAQ HAQQINIZI VERIM VE GÖZEL BIR TERZDE BOŞAYIM! YOX, EGER ALLAHI, ONUN RESULUNU VE AXIRET YURDUNU ISTEYIRSINIZSE, ALLAH IÇERINIZDEN YAXŞI IŞLER GÖRENLER ÜÇÜN BÖYÜK BIR MÜKAFAT HAZIRLAMIŞDIR. SIZ EY PEYĞEMBERIN ARVADLARI! SIZDEN HANSI BIRINIZ AÇIQ-AŞKAR BIR ÇIRKIN IŞ GÖRSE, ONUN EZABI IKIQAT OLAR. BU, ALLAH ÜÇÜN ASANDIR! SIZDEN HER KIM ALLAHA VE RESULUNA ITAET EDIB YAXŞI IŞLER GÖRSE, ONUN MÜKAFATINI IKIQAT VERERIK. BIZ ONUN ÜÇÜN TÜKENMEZ GÖZEL VE MINNETSIZ RUZI HAZIRLAMIŞIQ. SIZ EY PEYĞEMBERIN ARVADLARI! ALLAHDAN QORXACAĞINIZ TEQDIRDE SIZ (BAŞQA) QADINLARIN HEÇ BIRI KIMI DEYILSINIZ. BUNA GÖRE DE YAD KIŞILERLE YUMŞAQ DANIŞMAYIN, YOXSA QELBINDE MEREZ (ŞEKK, NIFAQ VE GÜNAH MEREZI) OLAN TAMAHA (ÖZGE TEMANANNAYA) DÜŞER. (DANIŞDIĞINIZ ZAMAN) GÖZEL DANIŞIN. EVLERINIZDE QERAR TUTUN. ILKIN CAHILIYYET DÖVRÜNDEKI KIMI AÇIQ-SAÇIQ OLMAYIN. NAMAZ QILIN, ZEKAT VERIN, ALLAHA VE RESULUNA İTAET EDIN. SIZ EY EV EHLI! ALLAH SIZDEN ÇIRKINLIYI YOX ETMEK VE SIZI TERTEMIZ, PAK ETMEK ETMEK ISTER! ALLAHIN EVLERINIZDE OXUNAN AYELERINI VE HIKMETI (PEYĞEMBERIN QOYDUĞU QAYDA-QANUNU) XATIRLAYIN. ALLAH (MÖ'MINLERE) LÜTFKARDIR VE XEBERDARDIR" (el-Ehzab, 28-34). Bu ayelerden görünür ki, "ev" deyildikde Peyğember ve arvadlarının yaşadığı meskenler nezerde tutulur ve müraciet arvadlaradır. 2) Sehabelerden Ebu Seid el-Xudri, Mücahid, Qatade ise ev-ehlinin Eli, Fatime, Hesen ve Hüseyn (Allah onlardan razı olsun!) olduğunu demişler. Onların bele demelerinin delili "Siz ey ev ehli" ayesinde müraciet formasının ereb diline göre zahiren qadınlara deyil, kişilere olmasıdır. Birinci re'y terefdarları 2-ciye bele münasibet bildirirler ki, müracietin qadınlara deyil, kişilere olması delil ola bilmez, çünki bu ereb dilinin belağetinden ireli gelir. Be'zen teke cem kimi, ikiliye cem kimi, qadınlara bir nefer kişi kimi ve s. formalarda müraciet edilir. Ve Qur'anda bunlara sübutlar var. Meselen el-Maide suresinin 6-cı ayesinde dirsek ve elin iki olmasına baxmayaraq, "iki dirseyi" ve "iki elinizi" deyil, cem formada "dirsekleriniz de daxil olmaqla ellerinizi" yuyun deyilir. Hansı ki, ereb dilinde "iki dirseyi" ve "dirseklerinizi", "iki elinizi" ve "ellerinizi" sözlerinin müxtelif deyiliş forması var. Elecede "topuqlar" sözü cem formasında olmasına baxmayaraq, ayede "iki topuq" kimi işledilib. Hemçinin Qur'anda başqa yerde—Hud suresinin 72-73-cü ayesinde: "(Ibrahimin arvadı): "Vay halıma! Men qoca bir qarı, bu erim de ixtiyar bir kişi olduğu halda men nece doğa bilerem?! Bu çox teeccüblü bir şeydir!" (Melekler ona) dediler: "Allahın emrine teeccübmü edirsen? Ey ev ehli! Allahın bereketi ve merhemeti üstünde olsun..."—deyilir. Burada da müraciet edilerken, qadınlara xas olan "size" şexs evezliyi kimi, "aleykunne" evezine "aleykum"—kişilere müraciet forması işledilir. Hetta ereb dilinde "keyfe ehluke" (arvadın, ailen necedir?) sualına "hum bixeyr" (onlar yaxşıdır) kimi cavab verilir. "Hum" ise kişi cinsine aid şexs evezliyidir. Demeli, Peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) arvadları ehli-beyte daxildirler. Eger müraciet forması kişileredirse, bes Fatime? Onda gerek Fatime ev ehline daxil edilmesin.Yox, eger Fatimenin ehli-beyte daxil edilmesine sebeb onu Peyğember öz ebasının altına salmasıdırsa, onda yalnız eba altına salınan 4 nefer—Eli,Fatime,Hesen ve Hüseyn (Allah onlardan razı olsun!) ehli-beyte daxildirler. Bu da doğru deyil. Çünki ehli-beyt mefhumu geniş olub, ora çoxları daxildir. Bu iki fikir arasındakı ixtilafların teferruatını araşdırmamaq üçün 3-cü orta bir fikir var ki, o da budur: 3) Qurtubi ve Ibn Kesir kimi tefsir alimlerine göre "Siz ey ev ehli" ayesinde zikr olunan "ev ehli"-ne hem Peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) arvadları, hem de Eli, Fatime, Hesen ve Hüseyn (Allah onların hamısından razı olsun!) aiddir. Çünki, Ibn Abbas ve başqalarının revayetleri de bildirir ki, Resulullahın (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) evinde sakin olanlar onun arvadlarıdır ve ayelerde müraciet onlaradır. Diger terefden Eli, Fatime, Hesen ve Hüseyn de (Allah onlardan razı olsun!) neseb ve aile baxımından ehli-beyte daxildirler. Ayenin onların sebebi ile nazil olmasını bildiren revayetler de bu fikirde olmaq üçün delildir. Hedisde ikinci ince mesele Resulullahın (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) Ummu Selemeye "sen (onsuzda, ümumiyyetle) xeyirdesen. Sen Peyğemberin arvadısan" demesidir. Bunu iki cür yozmaq olar: 1-ci me'na: "Sen onsuzda (eslinde,ümumiyyetle) xeyirdesen. Menim ehli-beytimden olduğuna göre, bir de örtüyün altına girmeye ehtiyacı yoxdur". Onun örtüyün altına salınmasının qarşısını alan Elinin (Allah ondan razı olsun!) örtüyün altında olmasıdır. 2-ci me'na: "Sen ehli-beytimden olmasan da xeyirdesen". Çünki o, Peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) arvadlarındandır. Alimlerin fikrine göre birinci me'nada yozma daha mö'teber sayılır. Çünki başqa revayetler qadınlarını ehli-beyte aid edib. Doğrusunu Allah bilir. 4. Enes bin Malik (Allah ondan razı olsun!) revayet edir: "SIZ EY EV EHLI! ALLAH SIZDEN ÇIRKINLIYI YOX ETMEK VE SIZI TERTEMIZ, PAK ETMEK ISTER!" (el-Ehzab, 33) ayesi nazil olanda Resulullah (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) namaza gederken 6 aya yaxın bir müddetde Fatimenin (Allah ondan razı olsun!) qapısından keçerken: "Namaza gelin, ey ev ehli! Allah sizden çirkinliyi yox etmek ve sizi tertemiz, pak etmek ister!"—deyerdi". (et-Tirmizi; Tefsir, el-Ehzab, 3204). 5. Aişe (Allah ondan razı olsun!) revayet edir: "Resulullah (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) üzerinde qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Hesen geldi. Onu örtüyün altına saldı, sonra Hüseyn geldi, onu da saldı, sonra Fatime geldi, onu da saldı. Sonra Eli geldi, onu da saldı. Sonra dedi: "Siz ey ev ehli! Allah sizden çirkinliyi yox etmek ve sizi tertemiz, pak etmek ister" (el-Ehzab, 33). (Müslim; Fadalius- sehabe, 61/2424). 6. Yezid bin Heyyan revayet edir: "Bir gün Hüseyn bin Sebre ve Amr bin Muslim ile birlikde Zeyd bin Erqamın (Allah ondan razı olsun!) yanına getmişdik. Oturarken Hüseyn, Zeyd bin Erqama bele dedi: "Ey Zeyd, sen çox xeyirle qarşılaşdın. Resulullahı (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) gördün, eşitdin, birlikde döyüşlerde oldun ve arxasında namaz qıldın. Belece neçe xeyirli işler sene nesib oldu. Resulullahdan (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) eşitdiklerinden danış. Dedi: "Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Resulullahdan (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) eşitdiklerimden be'zilerinin unutmuşam. Indi revayet edeceklerimi qebul edin, susanda mecbur etmeyin: —Mekke ve Medine arasında "Xum" adlanan yerde Resulullah (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) bir bulaq başında xütbe verdi. Allaha hemd-sena etdikden sonra bele buyurdu: "Ey insanlar! Men ancaq bir beşer övladıyam. Rebbimin elçisinin gelib ona cavab vereceyim, qayıdacağım gün yaxınlaşır. Size iki ağır şey terk edirem. Birinci Allahın hidayet ve nur olan kitabı Qur'andır. Allahın kitabını tutun ve ondan möhkem yapışın". Qur'an haqqında reğbetlendirici sözleri söyledikden sonra dedi: "Ikinci ehli beytimdir. Ehli beytim haqqında Allahdan qorxmağınızı, xeta etmemeyinizi yadınızda saxlayın"—deyerek bunu 3 defe tekrarları. Hüseyn: "Ey Zeyd, ehli beyti kimdir? Arvadları ehli beytden deyilmi?"—deyerek soruşdu. Zeyd dedi: "Qadınları da ehli beytdendir. Lakin, ehli-beyt özünden sonra sedeqe almaları haram olan keslerdir" dedi. Onlar kimdir?—deyende: Zeyd dedi: "Elinin ailesi, Aqilin ailesi, Ce'ferin ailesi, Abbasın ailesidir". Hüseyn: "Onların hamısına sedeqe haramdır" soruşanda, Zeyd: "Beli" dedi" (Müslim; Kitabul- fadail, 2408). Hedisi revayet eden Yezid bin Heyyan güvenilmiş revayetçidir. Orta yaşlı tabiinlerden—sehabeleri görenlerdendir. Zeyd bin Erqam Resulullahla (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) 17 döyüşde iştirak edib. Peyğemberden 70 hedis revayet edib, hicretin 56-cı ilinde Kufede vefat edib. Hedisdeki "sedeqe" sözünden meqsed zekatdır. Bu hedis başqa revayetde beledir: 7. Yezid bin Heyyan, Zeyd bin Erqamdan (Allah ondan razı olsun!) revayet edir: "Resulullah buyurmuşdur ki: "Xeberiniz olsun! Men size iki ağır şey terk edirem ki, birincisi Allah-Tealanın Kitabıdır. O, Allahın ipidir. Kim ona berk yapışsa, tabe olsa, o , hidayet üzredir (doğru yoldadır), kimde onu terk etse zelalet üzredir (yolunu azar). Ikinci itretim, ehli beytimdir". Biz dedik: "Qadınları ehli-beytdendirmi?" Dedi: "Xeyir. Allaha and olsun ki, qadın eri ile bir müddet beraber olur. Boşandıqda o atasının yanına, öz qövmüne qayıdır. Resulullahın ehli-beyti, neslinden olub özünden sonra sedeqe haram olan, ata terefden olanlardır". (Müslim; Fadail- sehabe, 2408). Yuxarıda, 3 nömreli hedisin şerhinde "ehli-beyt kimlerdir?" ixtilafını azacıq araşdırdıq. 6-cı ve 7-ci hedisde zahiren görünen ziddiyyet Peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) arvadlarının ümumen, Eli, Aqil, Cefer ve Abbasın ailelerinin (Allah onlardan razı olsun!) ise xüsusi olaraq ehli-beyte daxil olmasından ireli gelir. Sual yarana biler ki, peyğember (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) öz ebası ile Eli, Fatime, Hesen ve Hüseyni (Allah onlardan razı olsun!) örtmüşse, sonrakı nesil peyğemberin vaxtında yaşamadığı halda hemin hadisede (eba altına salınma) olmayıblarsa, ehli-beyte nece daxil edildiler? Bele izah etmek olar ki, peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) öz ebasının altına yalnız Eli, Fatime, Hesen ve Hüseynin (Allah onlardan razı olsun!) salınmasına baxmayaraq sonrakı nesillerinde ehli beyte aid edilmesine sebeb onların Elinin ailesi ve ata terefden yaxın olmalarıdır. Bu onu gösterir ki, ehli-beyte yalnız Eli, Fatime, Hesen ve Hüseyn (Allah onlardan razı olsun!) daxil deyil. Ixtilafın araşdırılmasını "sedeqe kimlere verilmelidir" yönümünden de aparsaq müeyyen tezadları görmek olar. Şübhe yoxdur ki, her bir kişinin arvadı boşanmayıbsa o, onun ailesinin üzvüdür. Lakin peyğemberin arvadları boşanmış olarsa başqa kişilere onlarla evlenmek haramdır: (Ehzab 6) Hedisde peyğemberin (Ona ve ailesine Allahın salavatı salamı olsun!) bize terk etdiyi ikinci emanet ehli-beytidir. Ehli-beytine yardım etmek, onları "zekat malı alan" veziyyete salmamaq hedisin qayesidir. Bu hedisler ve onların şerhleri gösterir ki, "ev ehline kimler daxildir" sualının cavabı beledir: Peyğemberin (Ona ve ailesine Allahın salavatı ve salamı olsun!) arvadları, Elinin, Aqilin, Ceferin, Abbasın aileleri (Allah onlardan razı olsun!) onun ev ehline daxildir. 8. Ibn Ömer (Allah ondan razı olsun!) Ebu Bekirin (Allah ondan razı olsun!) bele dediyini revayet edir: "Mehemmede ehli-beytinin içinde hörmet edin". (Buxari: Kitabul- fadail eshab 12/60, 24/91). Ebu Bekr (Allah ondan razı olsun!) bu cür müraciet ederek Resulullahın (Allah ondan razı olsun!) hörmetini ehli-beyt arasında saxlamağa çağırmışdır. Hedisde, Resulullahın ehli-beytine hörmete, sevgiye, ehli-beytini ucaltmağa işare vardır. Bu "ehli-beyte eziyyet vermeyin, pis söz demeyin" demekdir. Ev sahibini seven o evin aile üzvlerini de sevmelidir. Aile üzvlerine edilen eziyyetin o ev sahibini narahat edeceyini düşünmek lazımdır. Şübhe yoxdur ki, aile üzvleri ile yaxşı münasibetde olmaq, aile başçısını memnun eder. Bunun kimi de peyğember üçün ehli-beytini sevmeli ve yaxşılıqdan başqa bir şey onlar haqqında düşünmemelidir. Ilk müselmanların tövsiyyeleri bele olmuşdur. Allah bizi onların sevgisi ile yaşatsın ve öldürsün! Allah bizi onlarla heşr etsin! Amin!